Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin yeni saytına xoş gəlmisiniz!

Bizim sayt artıq uzun mütdətdir ki, strateji partnyorlara çevrilən Rusiya və Azərbaycan arasında münasibətlərin obyektiv şəkildə əks etdirilməsi, eləcə də bu münasibətlərin dinamikasının izlənilməsi, baş verən müxtəlif hadisələrə dövlətin mövqeyinin açıqlanması məqsədini daşıyır.

Siyasi və iqtisadi məsələlərlə yanaşı Sizi Rusiyada yaşayan soydaşlarımızın mədəni həyatındakı ən parlaq səhifələrlə də tanış edəcəyik.

Ümid edirik ki, diplomatdan tələbəyədək, dövlət məmurlarından turistlərədək, başqa sözlə, Azərbaycanla maraqlanan, bəlkə də bununla biz yaxın gələcəkdə Azərbaycana səyahət etməyi planlaşdıran, hər bir insana yardımçı ola biləcəyik. Bununla bağlı, saytımızda yerləşdirilmiş ölkə barəsində əsas məlumatlarla yanaşı Azərbaycana dair digər saytların da geniş siyahısı diqqətinizə çatdırılır.

Əminəm ki, saytın ən vacib səhifələrindən biri də konsulluq xidmətinin səhifəsi olacaqdır ki, burada müvafiq sənədlərin alınması prosedurlarının asandlaşdırılması üçün göstərilən xidmətlər, verilən sənədlər, blanklar barəsində ətraflı məlumat ala bilərsiniz.

Bütün bunlarla yanaşı Siz saytımızda Azərbaycanın Rusiya torpağında bir hissəsi olan Azərbaycan Səfirliyinin həyatı ilə də tanış ola bilərsiniz.

Sonda qeyd etmək istərdim ki, saytın hər bir oxucusu bizə elektron poçt vasitəsilə məktub göndərə biləcək, Səfirliyin və saytın işi ilə bağlı öz rəyilə bölüşmək və öz təkliflərini irəli sürmək imkanını qazanacaq

Əziz oxucular, səmimim arzularımı bildirərək Sizlərlə Azərbaycan Səfirliyinin saytında tez-tez görüşməyə ümid edirəm!

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı
Fövqəladə və Səlahiyyətli Səfiri

Polad Bülbüloğlu

  

 



cet.az

bakushop_1