Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq üçün tələb edilən sənədlərin siyahısı:

 

  1. Ərizə-anket; [Ms Word]   [PDF format]
  2. Şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu;

    3. 4 fotoşəkil (3x4);

  1. Rusiya Federasiyasının ərazisində daimi yaşayış barədə sənəd;
  2. Dövlət qarşısında icra edilməmiş öhdəliklərin və Azərbaycanda hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər (arayışlar);
  3. Dövlət rüsumunun ödənilməsi barədə sənəd (400 ABŞ dolları)

Yuxarıda qeyd olunan sənədlər 5 nüsxədə tərtib olunaraq təqdim edilməlidir.

 

Qeyd: Notarial qaydada təsdiq edilmiş ərizələrin Səfirliyə poçt vasitəsi ilə göndərilməsi Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq üçün əsas hesab olunmur.

 

İstinad: Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu, 30 sentyabr 1998-ci il, № 527-IQ;

              Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında “Əsasnamə”.  30 avqust 1999-cu il, № 189.