Rusiya Federasiyasının miqrasiya qanunvericiliyinə edilən bəzi dəyişikliklər və əlavələr haqqında məlumat.

1 yanvar 2014-cü il tarixində Rusiya Federasiyasının miqrasiya qanunvericiliyinə edilən bəzi dəyişikliklər və əlavələr qüvvəyə minmişdir.

Qanuna edilən dəyişikliklərin ən əsası isə Rusiya ərazisində müvəqqəti yaşamaqla bağlıdır. Bildiririk ki, əvvəllər Rusiya ərazisində 90 gün qaldıqdan sonra Rusiyaya giriş üçün viza tələb olunmayan ölkələrin vətəndaşları Rusiya ərazisini tərk edərək, dərhal Rusiya ərazisinə geri dönə bilərdilər və yenidən üç ay müddətinə qeydiyyata düşərək Rusiya ərazisində yaşaya bilərdilər.

Qüvvəyə minmiş qanunvericiliyə edilən dəyişikliklərə əsasən, əgər əcnəbi vətəndaş 90 gün müddətində Rusiya ərazisində qaldığı təqdirdə, bundan sonra o, ölkəni tərk edərək 3 aydan (90 gün) sonra yenidən bu ölkəyə qayıda bilər.

Miqrasiya qanunvericiliyinə edilən dəyişikliklərlə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Miqrasiya məsələləri üzrə Baş İdarəsinin rəsmi internet səhifəsində (https://guvm.mvd.ru/) tanış ola bilərsiniz.

Əlavə köməkçi keçid: СЕРВИСЫ ПО ВОПРОСАМ МИГРАЦИИ