2016-08-25
Səfirliyin Parlamentlərarası Pravoslavlıq assambleyasının XXIII illik konfransının yekun bəyanatı ilə bağlı müraciətinə cavab olaraq Rus Pravoslav Kilsəsi məktub göndərmişdir

Məktubda RPK-nin dəyişməz və ardıcıl olaraq Qarabağ münaqişəsinin və mövcud fikir ayrılıqlarının qanun çərçivəsində məqbul həllinin axtarışının tərəfdarı olduğu deyilir. 

Bildirilir ki, 1993-cü ildən etibarən Moskva və bütün Rusiyanın Patriarxının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dini liderlərinin münaqişənin dini zəminə əsaslanmadığı və siyasi xarakter daşıdığını, millətlərarası düşmənçiliyin qızışdırılmasının Xristianlıq və İslam baxımından günah olduğunun iştirakçılar tərəfindən dəfələrlə qeyd edildiyi bir sıra görüşləri baş tutmuşdur. 

Həmçinin məktubda qeyd olunur ki, Moskva Patriarxlığı bu gün də münaqişənin sülh və ədalətli həllinə səy göstərərək eyni mövqedən çıxış edir. Bundan əlavə, Azərbaycan tərəfinin narahatlığı Parlamentlərarası Pravoslavliq assambleyasının rəhbərliyinə çatdırılacağı vurğulanır.

növbəti xəbər əvvəlki xəbər


cet.az

bakushop_1