2016-09-26
Məlum olduğu kimi cari ilin 26-29 sentyabr tarixlərində Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajı muzeyində “Şərq numizmatikası” mövzusunda konfrans keçiriləcəkdir

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin göstərişinə əsasən, ölkəmizin Rusiyadakı Səfirliyinin və Sankt-Peterburq şəhərindəki Baş konsulluğunun birgə səyləri nəticəsində konfransın işində Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika elmi fondunun şöbə müdiri, professor Əli Rəcəblinin, AMEA-nın İnsan Hüquqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynovun və Sankt-Peterburq şəhərində yaşayan soydaşımız, tarix elmləri namizədi Anar Sadıxovun iştirakları təmin edilmişdir.

Bundan əlavə, 29 sentyabr tarixində Əli Rəcəbli “XVII-XIX əsrlərdə Azərbaycan xanlıqlarında sikkələrin kəsilməsi və pul dövriyyəsi” mövzusunda çıxış edəcəkdir.

növbəti xəbər əvvəlki xəbər


cet.az