2016-10-12
11 oktyabr 2016-cı il tarixində Moskvadakı M.İ.Rudomino adına Xarici ədəbiyyat kitabxanasında “Dövr fonunda portret. Vəli Axundov” kitabının təqdimatı keçirildi

Tədbir zamanı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu “Vestnik Kavkaza” informasiya agentliyinə müsahibə verdi. Sözügedən müsahibədə Səfir qeyd etdi ki, Vəli Axundovun Azərbaycana rəhbərlik etdiyi dövr olduqca ağır idi. Bununla yanaşı Polad Bülbüloğlu o illərdə Azərbaycanda mədəniyyət və incəsənət xadimləri pleyadasının əmələ gəldiyini bildirdi. Həmçinin diplomat vurğuladı ki: “Bu məhz həmin nəsildir ki, 70-80-ci illərdə öz xalqının təmsilçiləri oldular. Ümumiyyətlə, XXII qurultaydan sonra, şəxsiyyətə pərəstişin məzəmmət olunduğu, Bağırovun ölkəyə rəhbərliyinin bir çox detallarının məlum olduğu bir vaxtda ziyalı, həkim, müharibə keçmiş, nazir müavini, nazir, Nazirlər Sovetinin Sədri olmuş bir insanın hakimiyyətə gəlməsi ölkənin inkişafı, o vaxtkı mərkəz – Moskva ilə münasibətlərin qurulması üçün çox vacib idi”.   

Bundan əlavə, Polad Bülbüloğlu Vəli Axundovun ölkəyə rəhbrlik etdiyi həmin dövrlə bağlı öz uşaqlıq xatirələri ilə bölüşərə söylədi ki: “Atam həyatdan gedəndə mənim 16 yaşım vardı. O vaxt respublikaya Vəli Axundov rəhbərlik edirdi. Onun simasında dövlət hər bir şey etdi ki, mən anamla bizi təmin edə bilim, təhsilimi davam etdirim və olduqca insani iştirak, diqqət göstərdi. Şadam ki, sonra, nazir olarkən, mən onun qızını Nazirliyə işə dəvət etdim. O departament rəhbəri idi və biz 10 ilə yaxın birlikdə işlədik. Daha sonra isə, mən Səfir təyin olunanda, onu Moskvaya dəvət etdim və artıq burada 10 il çalışdıq. Buna görə də bu ailə mənim üçün yad deyil”.

növbəti xəbər əvvəlki xəbər


cet.az