2016-10-18
18 oktyabr 2016-cı il tarixində Azərbaycanın Rusiyadakı Səfirliyində təntənəli qəbul təşkil edilmişdir

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 18 oktyabr 2016-cı il tarixində Azərbaycanın Rusiyadakı Səfirliyində təntənəli qəbul təşkil edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu məruzə ilə çıxış etmişdir.

Həmçinin qəbulda tibb elmləri doktoru, Rusiyanın Xalqlar Dostluğu Universitetinin professoru Fazil Qurbanov, MDU-nun tarix fakültəsinin dosenti, tarix elmləri namizədi İsmayıl Ağakişiyev və TTEA-nın akademiki, tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar həkimi Sabir Həbibov nitq söyləmişdrilər.    

Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil edilmişdir.

növbəti xəbər əvvəlki xəbər


cet.az

bakushop_1