2017-02-18
18 fevral tarixində Rusiya Xarici İşlər Nazirinin müavini Qriqori Karasin ilə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu arasında görüş haqqında

Cari ilin 18 fevral tarixində Rusiya Xarici İşlər Nazirinin müavini Qriqori Karasin ilə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu arasında görüş keçirilmişdir. 

Görüş zamanı gündəlikdə duran ikitərəfli aktual məsələlər, Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovun Rusiyaya nəzərdə tutulan rəsmi səfərinə hazırlıq müzakirə edilmişdir. Həmçinin bu ilin 4 aprel tarixində qeyd olunacaq iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar keçirilməsi planlaşdırılan birgə tədbirlər nəzərdən keçirilmişdir.

 
növbəti xəbər əvvəlki xəbər


cet.az

bakushop_1