2017-03-09
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin məlumatı

Səfirlik Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğluna qarşı irəli sürülən əsassız ittihamlarla bağlı bir daha aşağıdakıları bildirməyi zəruri hesab edir:

Azərbaycan dövlətinin Rusiyada rəsmi nümayəndəliyi olaraq, 1961-ci il “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasına və qəbul olunmuş beynəlxalq təcrübəyə uyğun olaraq akkreditə olunduğu ölkənin, o cümlədən öz sıralarında Rusiya Federasiyası vətəndaşlarını birləşdirən Rusiya ictimai təşkilatları olan Azərbaycan diaspor birliklərinin daxili işlərinə heç bir halda qarışmır.

Eyni zamanda Səfirlik bütün hüquqi dövlətlərdə qəbul edilmiş normalardan çıxış edərək Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) rəyasət heyətinin öz sıralarında Rusiya Federasiyasının Cinayət Məcəlləsində nəzərdə tutulan əməlləri törədən və onlara qarşı hüquqi qüvvəyə minmiş məhkəmə qərarı olan şəxsləri görmək istəməməsini əsaslı hesab edir. Bu, bir daha ÜAK tərəfindən öz fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə məsuliyyətli yanaşmasını nümayiş edir. Lakin, diaspor təşkilatlarının bu kimi daxili gündəliyə aid olan qərarların verilməsi onların müstəsna səlahiyyətlərinə aiddir.     

Həmçinin diqqətəlayiqdir ki, Azərbaycan Səfirinə qarşı təşkil olunan bu kampaniya Polad Bülbüoğlunun Vətənimiz naminə uğurlarının hətta qeyri-dostlar tərəfindən qəbul edildiyi bir vaxta təsadüf edir.

növbəti xəbər əvvəlki xəbər


cet.az

bakushop_1