2017-04-29
Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğluna "Türkmənistanın Xalq Artisti" adı verilib

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Fərmanı ilə Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğluna "Türkmənistanın Xalq Artisti" adı verilib.

Fərmanda deyilir ki, Polad Bülbüloğlu bu yüksək fəxri ada Türkmənistan və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin, iki dövlət arasında mədəni və humanitar sahələrdə dialoqun möhkəmlənməsində xidmətlərinə, istedadına, mahnı-musiqi sənətinin inkişafında uğurlarına görə layiq görülüb.


növbəti xəbər əvvəlki xəbər


cet.az