2017-09-21
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin məlumatı

Bəzi KİV-lərdə 20 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu ilə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Sədr müavini İlyas Umaxanov arasında keçirilmiş görüş zamanı Sankt-Peterburqda Parlamentlərarası İttifaqın 137-ci Assambleyasının hazırlanması və keçirilməsinə dair danışıqların aparıldığı haqqında səhv məlumat yayılmışdır.

Bununla bağlı Səfirliyin mətbuat xidməti bildirir ki, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, Rusiya Federasiyasında keçirilməsi nəzərdə tutulan islam və dinlərarası həmrəylik mövzusunda beynəlxalq konfransa hazırlıqla bağlı fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər