2018-02-12
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin məlumatı

Məlum olduğu kimi, cari ilin 11 fevral tarixində Moskva-Orsk marşrutu üzrə uçuş həyata keçirən “Saratov Hava Yolları”na məxsus An-148 təyyarəsi qəzaya uğramışdır. Qəza nəticəsində təyyarənin göyərtəsində olan bütün sərnişinlər və heyət üzvləri həlak olmuşdurlar. Rusiya Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi siyahıya əsasən həyatlarını itirənlər arasında Azərbaycan Respublikasının vətəndaşı Namiq Qəhrəmanov də vardır.

Səfir Polad Bülbüloğlunun göstərişinə əsasən, Rusiya Fövqəladə Hallar Nazirliyi ilə dərhal əlaqə saxlanılmış və qəzanın detalları, Namiq Qəhrəmanov haqqında məlumat əldə olunmuşdur.

Bildiririk ki, Səfirlik hadisə baş verən dəqiqədən Rusiyanın Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumları ilə təmasdadır.

Həlak olmuş soydaşımızın cəsədinin tanınması məqsədi ilə yaxın ailə üzvləri Moskva şəhərinə gəlmişdirlər. Səfirlik onlarla mütəmadi əlaqə saxlayır və lazımi köməklik göstərməyə hazırdır.

növbəti xəbər əvvəlki xəbər