2018-05-22
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu virtualaz.org-dakı məqələyə dair

Xatırladaq ki, yazıda deyilirdi: “Həmin otelin adının “Hyatt Regency Naxçıvan” olmasının və lövhənin öz tarixçəsi var. ...Bu otel sovet dövründə mövcud olmuş “Naxçıvan” mehmanxanasının yerində ötən əsrin 90-cı illərinin ortalarında inşa edilib. “Naxçıvan” mehmanxanasını özəlləşdirən və onun yerində Azərbaycanın ilk beşulduzlu otelini inşa edən İran əsilli britaniyalı iş adamı Paolo Pərviz idi.

Və Paolo Pərviz keçmiş “Naxçıvan” mehmanxanasının yerində inşa etdiyi otelə dünyanın ən məşhur otel brendlərindən birinin adını (françayzinq müqaviləsi əsasında) vermişdi. Otelin açılışına o vaxtkı dövlət başçısı Heydər Əliyev qatıldı və açılış mərasimində otelin adında “Naxçıvan” sözünün olmamasına görə mədəniyyət naziri Polad Bülbüloğluna irad tutdu. Prezidentə izah edildi ki, “Hyatt Regency” brendi ilə bağlanmış müqaviləyə əsasən otelin adı “Hyatt Regency Baku” olmalıdır. Lakin Heydər Əliyev “Naxçıvan” sözünün də hansısa formada otelin adında əks edilməli olduğunu bildirdi. Nəticədə Paolo Pərviz otelin adını “Hyatt Regency Nakhchivan” olaraq dəyişdirdi”.

"Yuxarıda haqqında söhbət gedən mehmanxananın nə o vaxt başçılıq etdiyim Mədəniyyət Nazirliyinə, nə də şəxsən mənə heç bir aidiyyəti olmayıb. Prezident Heydər Əliyevin guya mənə irad bildirməsi ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil. Heç vaxt belə bir epizod olmayıb", - deyə səfir Polad Bülbüloğlunun bəyanatında vurğulanıb.

http://virtualaz.org/reyler/118782 

 

növbəti xəbər əvvəlki xəbər