2018-09-14
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin məlumatı

13 sentyabr 2018-ci il tarixində “Minval.az” internet səhifəsində dərc olunmuş “Евразийская провокация – против Азербайджана и не только” başlıqlı məqalə ilə bağlı bildiririk ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu məsələnin operativ həlli üçün Avrasiya İqtisadi Komissiyasının rəhbərliyi ilə əlaqə saxlamışdır.

Səfir, təşkilatın məcmuələrində yerləşdirilmiş təxribat xarakterli məlumata dair Azərbaycan tərəfinin narahatçılığını ifadə edərək, məsələnin araşdırılmasını və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Təşkilatdan verilən məlumata əsasən, bildirilən narahatçılığın haqlı olduğu vurğulanmış və buraxılan səhvlərin tezliklə aradan qaldırılacağı, bu cür vəziyyətin yaranmasının səbəbləri araşdırılaraq, təqsirli şəxslərin cəzalandırılacağı vəd edilmişdir.       

növbəti xəbər əvvəlki xəbər