2020-02-11
Cari ilin 11 fevral tarixində Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ilə MDB iştirakçı dövlətlərinin səfirləri arasında görüş keçirilmişdir

Cari ilin 11 fevral tarixində Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov ilə MDB iştirakçı dövlətlərinin Fövqəladə və Səlahiyyətli səfirləri arasında görüş keçirilmişdir.

Görüş zamanı Sergey Lavrov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tapşırığı ilə onun adından “Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə” Fəxri Fərmanını Azərbaycan Respublikasının Rusiyadakı Səfiri Polad Bülbüloğluna təqdim etmiş və onun fəaliyyətinə yüksək qiymət vermişdir.

Bundan əlavə, tədbir çərçivəsində Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy MDB iştirakçı dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyəti adından Polad Bülbüloğlunu “Humanitar əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə” medalı ilə təltif etmişdir.

Tədbirdə iştirak edən diplomatik missiyaların rəhbərləri də azərbaycanlı həmkarını səmimi təbrik etmişdirlər.

növbəti xəbər əvvəlki xəbər