2015-10-13
13 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Türkiyənin Moskva şəhərindəki Səfirliyində olmuşdur

13 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Türkiyənin paytaxtı Ankarada baş vermiş və çoxlu sayda insan tələfatı ilə nəticələnmiş terror aktı ilə bağlı bu ölkənin Moskva şəhərindəki Səfirliyində olmuşdur.

Səfirlikdə açılmış matəm kitabında ürək sözlərini yazan Səfir Polad Bülbüloğlu Türkiyə xalqına, terror aktı nəticəsində həyatını itirmiş insanların yaxınlarına dərin hüznlə başsağlığı vermiş və səbr diləmişdir.

Polad Bülbüloğlu Türkiyənin Rusiyadakı Səfiri Ümit Yardım ilə görüşü zamanı isə Azərbaycanın terrordan əziyyət çəkmiş bir ölkə kimi bu terror aktını qətiyyətlə pislədiyini və bu ağır gündə Azərbaycan xalqının Türkiyə xalqının yanında olduğunu diqqətə çatdırmışdır.

növbəti xəbər əvvəlki xəbər