2020-09-26

Səfir Polad Bülbüloğlu Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovla görüşmüşdür

Cari ilin 25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Sankt-Peterburqa səfər etmiş və səfər çərçivəsində qubernator Aleksandr Beqlovla görüşmüşdür.

Görüşdə başlıca olaraq Azərbaycan Respublikasının cari ilin 12-14 noyabr tarixlərində keçirələcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirakına hazırlıqla bağlı məsələlər müzakirə olunmuşdur. Məlum olduğu kimi, Azərbaycan bu ilki forumda “qonaq ölkə” xüsusi statusu ilə iştirak edəcəkdir.

Həmçinin humanitar-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, ölkəmizdən Sankt-Peterburqa kənd təsərrüfatı məhsullarının ixracı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış