2016-05-31

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun “Mədəniyyətlərin beynəlxalq dialoqu: Azərbaycan – Rusiya” adlı kitabçası işıq üzü görüb

Kitabçaya 2015-ci ilin 14 dekabr tarixində Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetində keçirilmiş leksiyanın materialları daxil edilib. Sözügedən mühazirə müasir dünyada multikulturalizm və mədəniyyətlərin beynəlxalq dialoqu problemlərinə həsr olunub. Burada Azərbaycanın dövlət-siyasi quruluşunun, ölkəmizin sosial və iqtisadi siyasətinin xüsusiyyətləri, dini və etnik müxtəlifliyi nəzərdən keçirilir. Müəllif Azərbaycan ilə Rusiyanın mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığına xüsusi diqqət yetirir.

Broşür müəllim, aspirant, tələbələr və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Polad Bülbüloğlu – Universitetin çoxdankı dostu, Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universiteti tərəfindən hər il keçirilən ən iri elmi humanitar forum – Beynəlxalq  Lixaçyov elmi mühazirələrinin  iştirakçısıdır.

Leksiya 2008-ci ildən Rusiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə SPHİHU  tərəfindən “Mədəniyyətlərin beynəlxalq dialoqu” mühazirələri diplomatik proqramı çərçivəsində keçirilirdi.

Arxiv üzrə axtarış