2017-01-31

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu ilə Rusiya Federasiyasının Daxili İşlər Naziri Rusiya Federasiyası polis generalı Vladimir Kolokoltsev arasında görüş keçirilmişdir

Cari ilin 31 yanvar tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu ilə Rusiya Federasiyasının Daxili İşlər Naziri Rusiya Federasiyası polis generalı Vladimir Kolokoltsev arasında görüş keçirilmişdir.

31 Jan 2017

Görüşdə miqrasiya siyasəti və iki ölkənin Daxili İşlər nazirlikləri arasında bir sıra ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycanın Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını Vladimir Kolokoltseva çatdıran Səfir Polad Bülbüloğlu qeyd etmişdir ki, Azərbaycan DİN başçısı MDB iştirakçı dövlətlərinin Daxili işlər Nazirləri Şurasının duayeni kimi qurumun işinin təşkilində mühüm rol oynayır.

Rusiya DİN başçısı vurğulamışdır ki, Rusiya və Azərbaycan hüquq-mühafizə orqanları MDB iştirakçı dövlətlərin miqrasiya orqanları rəhbərlərinin Şurası və MDB ölkələrinin qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə dair Əməkdaşlıq haqqında Sazişin iştirakçı dövlətlərinin birgə Komissiyası çərçivəsində birgə fəal iş aparırlar.

Səfir məlumat vermişdir ki, Azərbaycan ilə Rusiya arasında sıx dostluq, humanitar və iqtisadi əlaqələrin mövcudluğu iki ölkə vətəndaşlarının intensiv gediş-gəlişinə səbəb olmuşdur. Moskva ilə Bakı arasında gündəlik yeddi aviareys həyata keçirilir, eyni zamanda dəmir yolu və avtobus reysləri fəaliyyət göstərir. Burada da miqrasiya qanunvericiliyinin tətbiqi məsələsinin xüsusi məna kəsb edir və bütün daxil olan müraciətlərə, xüsusilə də humanitar aspektli olanlara operativ baxılmasının zəruriliyi önə çıxır. 

Regiondakı mövcud vəziyyəti, Dağıstan Respublikasının ərazisindən keçən Rusiya-Azərbaycan birgə sərhədi nəzərə alaraq Səfir stabilliyin təmin olunması üçün cinayətkarlıqla mübarizədə sıx əməkdaşlığın və qarşılıqlı əlaqənin əhəmiyyətini vurğulamışdır.

Rusiya Federasiyası, Azərbaycan Respublikası və İran İslam Respublikası prezidentlərinin bu yaxınlarda keçirilmiş görüşünü müzakirə edərkən ölkələrimizin ərazisindən keçən yükdaşımaların təhlükəsizliyinin təmin olunmasının və miqrasiya qanunvericiliyinin sadələşdirilməsinin və ağır tonnajlı yük avtomobillərinin sürücüləri üçün Rusiya ərazisində qalma müddətinin uzadılmasının vacibliyi qeyd olunmuşdur.

Həmçinin azərbaycanlı diplomat bildirmişdir ki, 2016-cı ilin dekabr ayının əvvəlində Rusiya Federasiyası DİN başçısının Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş, azərbaycanlı həmkarı ilə cari məsələləri müzakirə etmişdir və sözügedən səfər Azərbaycan və Rusiya DİN-ləri arasında operativ əməkdaşlığın inkişafına önəmli töhfə vermişdir.

Tərəflər qarşılıqlı anlaşmanın yüksək səviyyəsindən və qarşıya çıxan məsələlərin operativ qaydada həlli imkanından məmnunluq ifadə etmişdirlər.

Görüşün sonunda Polad Bülbüloğlu  Vladimir Kolokoltseva xoş qəbul və məzmunlu söhbətə görə təşəkkür etmişdir.

Görüşdə Rusiya DİN-in Miqrasiya Məsələləri Baş idarəsinin rəisi, polis polkovniki Olqa Kirillova və Azərbaycan DİN-in Rusiyadakı nümayəndəsi, MDB iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktor müavini, polis general-mayoru Əkbər Yusifov iştirak etmişdirlər.

Arxiv üzrə axtarış