2019-05-31

Surqut hava limanına Fərman Salmanovun adı verilmişdir

Bu gün, 2019-cu ilin 31 may tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı Sərəncama əsasən, göstərdiyi xüsusi xidmətlərə görə həmyerlimiz Fərman Salmanovun adı Surqut şəhərinin beynəlxalq hava limanına verilmişdir.

Məlum olduğu kimi, Rusiyanın hava limanlarına görkəmli şəxslərin adlarının verilməsi müsabiqəsi 2018-ci ilin oktyabr-dekabr aylarında keçirilmişdir. Surqut şəhərinin aeroportuna bir neçə məşhur insanın adının verilməsi təklif olunurdu. Lakin, Fərman Salmanovun Rusiyanın neft sənayesinə verdiyi misilsiz töhfə, buraxdığı tarixi iz çoxsaylı insanların məhz onun adına səs verərək qalibiyyətini təmin etmişdir. 

Bu əlamətdar hadisə münasibəti ilə bütün xalqımızı ürəkdən təbrik edir və xaricdə yaşayan hər bir soydaşımıza, məskunlaşdığı ölkədən asılı olmayaraq, böyük uğurlara imza atmaqlarını arzu edirik.    

Arxiv üzrə axtarış