2019-07-23

Səfir Polad Bülbüloğlu Kiprin Rusiyaya yeni təyin edilmiş Səfiri Andreas Zinonosu onun xahişi ilə qəbul etmişdir

Cari ilin 23 iyul tarixində Səfir Polad Bülbüloğlu Kipr Respublikasının Rusiyaya yeni təyin edilmiş Səfiri Andreas Zinonosu onun xahişi ilə qəbul etmişdir.

Görüş zamanı Azərbaycanın Səfiri həmkarını təyinatla bağlı təbrik edərək, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulamışdır.

Duayen kimi Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Dövlət Protokolu departamenti ilə birgə Moskvada akkreditə edilmiş diplomatik nümayəndəliklərin başçıları üçün Rusiyanın dövlət qurumlarının rəhbərləri, incəsənət xadimləri və s. ilə görüşlərin və tədbirlərin keçirildiyi qarşı tərəfin diqqətinə çatdırılmış, həmsöhbət sözügedən tədbirlərə qatılmağa çağırılmışdır.

Həmçinin Səfir ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, onun səbəbləri və nəticələri haqqında Andreas Zinonosa ətraflı məlumat vermişdir. Polad Bülbüloğlu Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində 1 milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini xüsusi vurğulayaraq, münaqişə ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunan bir sıra qətnamə və sənədlərin icrasının əhəmiyyəti haqqında danışmışdır.

Səfir Andreas Zinonos qəbula görə duayen Polad Bülbüloğluna təşəkkürünü bildirərək, ölkəmizə və Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır. 

Arxiv üzrə axtarış