2019-08-14

Pyatiqorsk şəhərində keçirilən "Maşuk-2019" Forumunda baş vermiş insidentlə bağlı

Cari ilin 9 avqust tarixindən Rusiyanın Pyatiqorsk şəhərində “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu öz işinə başlamışdır.

Forum çərçivəsində Ermənistanın Rusiyadakı Səfirinin tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı o, Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirmişdir ki, bu da Forumda iştirak edən “Gənclərin Bakı klubu” ictimai birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olmuş və xoşagəlməz insident baş vermişdir.

Bununla bağlı Sabir Rüstəmov Səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlamış və Səfirlikdən dəstək istəmişdir. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, Səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi Nota ünvanlamışdır.

Bundan əlavə, Səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina etmişdir.

Arxiv üzrə axtarış