2020-10-18

Gəncənin növbəti dəfə atəşə tutulması nəticəsində həlak olan həmvətənlərimizin əziz xatirəsini anmaq üçün Səfirliyin binasının önündə guşə yaradılmışdır

Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin növbəti dəfə atəşə tutulması nəticəsində həlak olan həmvətənlərimizin əziz xatirəsini anmaq üçün Səfirliyin binasının önündə xain hücumun nəticələrini əks etdirən şəkillərdən ibarət guşə yaradılmışdır.

Rusiyada yaşayan çoxsaylı soydaşlarımız bu hücumun qurbanlarını yad etmək məqsədi ilə Səfirliyin qarşısına gələrək gül-çiçək, uşaq oyuncaqları qoyur, başsağlığı verir və yaralılara şəfa diləyirlər.

Bu ağır və eyni zamanda şərəfli bir zamanda birlik və həmrəylik nümayiş etdirən azərbaycanlılar Ermənistan hərbi-siyasi rəhbərliyinin insanlığa  sığmayan bu addımlarının cavabsız qalmayacağına, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalan bütün torpaqlarımızın azad ediləcəyinə tam əmin olduqlarını vurğulayaraq “Qarabağ Azərbaycandır!” şüarını səsləndirmişdirlər.

Arxiv üzrə axtarış