news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 sentyabr 2016

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ölkəmizin Rusiya Federasiyasındakı Səfirliyində keçirilən ümumxalq səsverməsi – referendum yerli vaxtla saat 19:00-da başa çatmışdır.

Yüksək seçici fəallığı ilə baş tutmuş səsverməyə Rusiya ərazisində daimi yaşayan və ya müvəqqəti olan Azərbaycan vətəndaşları, o cümlədən Rusiya Federasiyasının Ryazan vilayətindəki Federal Cəzaların İcrası Xidmətinin Hüquq və İdarəetmə Akademiyasında təhsil alan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin kursantları, Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin Mülki Müdafiə Akademiyasında müdavim olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin zabitləri qatılmışdırlar. Həmçinin Rusiya Azərbaycanlı Gənclər Birliyinin (АМОР) üzvləri xüsusi fəallıq göstərmişdirlər. Bununla yanaşı referendumda ən yaşlı seçici “İsrail-Azərbaycan” beynəlxalq assosiasiyasının ağsaqqallar şurasının sədri, professor Mixail Aqarunov xanımı ilə və ilk dəfə seçkilərdə iştirak edən ən gənc seçici Leyla Bülbül öz səsvermə hüquqlarından istifadə etmişdirlər.  

Səfirlikdə yaradılmış 17 saylı Yasamal III seçki dairəsinin 48 nömrəli seçki məntəqəsində konsulluq uçotunda olan 1500 Azərbaycan vətəndaşından 1498 nəfəri səs vermişdirlər. Bu da buradakı ümumi seçici hüququna malik vətəndaşlarımızın 99,86% təşkil edir.

Referendumun gedişatını izləyən MDB-nin Parlamentlərarası Assambleyasından olan müşahidəçilər tərəfindən səsvermə zamanı heç bir nöqsana, qanun pozuntusuna rast gəlinmədiyi vurğulanmış, referendumun yüksək səviyyədə təşkil olunduğu qeyd olunmuşdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti