news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 avqust 2023

Cari ilin 18 avqust tarixində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə görüşmüşdür

Cari ilin 18 avqust tarixində Beynəlxalq Xəzər günü ilə əlaqədar Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanın Səfiri Polad Bülbüloğlu, İranın Səfiri Kazem Cəlali, Qazaxıstanın Səfiri Dauren Abayev və Türkmənistanın Səfiri Batır Niyazlıyevlə görüşmüşdür.

Görüşdə Nazir Sergey Lavrov Xəzər dənizi ətrafında mövcud məsələlər haqqında geniş məlumat vermiş, Xəzərin dayazlaşması probleminə toxunaraq, sözügedən problemin Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin 29 iyun tarixində Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı qaldırıldığını xatırlatmışdır.

Həmçinin Xəzər regionunda çoxşaxəli əməkdaşlıq məsələlərinin geniş spektri ətrafında fikir mübadiləsi aparılmış, Xəzəryanı dövlətlərin əməkdaşlığının daha da genişləndirilməsi üzrə gələcək addımlar, o cümlədən xarici işlər nazirlərinin keçiriləcək görüşünə hazırlıq müzakirə edilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti