news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 iyun 2016

Kareliyada baş vermiş faciəvi hadisə ilə bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin məlumatı

Kareliyada baş vermiş faciəvi hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərmişdir. Məktubda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 20 iyun 2016-cı il”.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti