news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 avqust 2018

SSRİ xalq artisti İosif Kobzonun vəfatı ilə əlaqədar Prezident İlham Əliyev onun ailə üzvlərinə dərin hüznlə başsağlığı vermişdir.

Məktubda qeyd olunur ki, hərtərəfli istedadı, təkrarolunmaz səsi və anadangəlmə müsiqi talantına görə İosif Kobzon zamanın simvoluna çevrilmişdir. Dövlət Dumasında məsuliyyətli post tutarkən o, mədəni irsin qorunması və zənginləşməsinə fəal kömək etmişdir.      

Həmçinin məktubda vurğulanır ki, Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin inkişafına, xoş münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə görə İosif Kobzon Azərbaycan Respublikasının "Şöhrət" və "Dostluq" ordenləri və "Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu" ilə təltif olunmuşdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti