news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 yanvar 2026

13 yanvar tarixində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşmüşdür.

13 yanvar tarixində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşmüşdür.

 

Görüş zamanı 2024–2026-cı illər dövründə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi kontekstində ikitərəfli qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunmuşdur.

 

Səfir R. Mustafayev Rusiya tərəfini Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində fəaliyyətinin prioritet istiqamətləri barədə məlumatlandırmışdır. Bu istiqamətlərə AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi, onun Nizamnaməsinin hazırlanması və qəbuluna dəstək, institusional inkişaf, üzv ölkələr arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlığın təşviqi, eləcə də Müşavirənin görünürlüyünün artırılması məqsədilə beynəlxalq strukturlarla tərəfdaşlıq əlaqələrinin inkişafı daxildir.

 

Rusiya tərəfi cari ilin oktyabr ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan AQEM-in növbəti sammitinin hazırlanması və uğurla təşkil olunması istiqamətində Bakının səylərini dəstəklədiyini ifadə etmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti