news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 dekabr 2025

16 dekabr tarixində Rusiya Federasiyasının Kareliya Respublikasına işgüzar səfərin ikinci günü çərçivəsində görüşlər keçirilmişdir

16 dekabr tarixində Rusiya Federasiyasının Kareliya Respublikasına işgüzar səfərin ikinci günü çərçivəsində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun başçısı vəzifəsini icra edən Anar Yusifzadə:

 

Respublikadakı Azərbaycan icmasının nümayəndələri ilə görüşmüşlər;

Petrozavodsk Dövlət Universitetində ziyarət edib universitet rəhbərliyi ilə elm və təhsil sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etmişlər;

maşınqayırma, meşə və qida sənayesi müəssisələrinə baş çəkmişlər;

A.K. Qlazunov adına Petrozavodsk Dövlət Konservatoriyasını ziyarət etmişlər.

 

Həmin gün səfir Rəhman Mustafayev və baş konsulluğunun başçısı vəzifəsini icra edən Anar Yusifzadə ilə Petrozavodsk şəhərinin bələdiyyə sədri İnna Kolıxmatova arasında işgüzar görüş də keçirilmişdir.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti