news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 yanvar 2026

16 yanvar tarixində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev N.E. Bauman adına Moskva Dövlət Texniki Universitetini (MDTU) ziyarət etmiş, universitetin rektoru Mixail Qordin və beynəlxalq fəaliyyət üzrə direktor Anton Yeqorov ilə görüşmüşdür.

Səfirin N.E. Bauman adına MDTU-nun rəhbərliyi ilə keçirdiyi görüş zamanı universitet ilə tərəfdaş Azərbaycan ali təhsil müəssisələri arasında ikitərəfli əməkdaşlığın perspektivləri, birgə təhsil layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur.

Səfər çərçivəsində səfir R. Mustafayev universitet üzrə tanışlıq turunda olmuş, Konqres Mərkəzini ziyarət etmiş, “Təbiətin mühafizəsi texnologiyaları” korpusunun laboratoriyaları ilə tanış olmuşdur. Burada ona Xəzər dənizinin ekoloji problemlərinin öyrənilməsinə həsr olunmuş “Xəzərin Orbiti” layihəsi təqdim edilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti