news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 yanvar 2026

21 yanvar tarixində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının Müdafiə Nazirliyini ziyarət etmiş və müdafiə nazirinin müavini Vasiliy Osmakov ilə görüşmüşdür.

21 yanvar tarixində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının Müdafiə Nazirliyini ziyarət etmiş və müdafiə nazirinin müavini Vasiliy Osmakov ilə görüşmüşdür.

 

Görüş zamanı müdafiə nazirlikləri xətti üzrə Azərbaycan–Rusiya qarşılıqlı fəaliyyətinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılmış, 2026-cı il üçün təmasların və qarşılıqlı səfərlərin qrafiki müzakirə olunmuşdur.

 

Hər iki tərəfdən 22 fevral 2022-ci il tarixli Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Moskva Bəyannaməsinə uyğun olaraq hərbi-siyasi və hərbi-texniki sahələrdə ikitərəfli dialoqun və əməkdaşlığın inkişaf etdirilməsinə konstruktiv yanaşma təsdiqlənmişdir.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti