22 dekabr tarixində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Dövlət Universitetini ziyarət etmiş, burada Universitetin rektoru Nikolay Kropaçev ilə görüş keçirilmişdir.
22 dekabr tarixində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Dövlət Universitetini ziyarət etmiş, burada Universitetin rektoru Nikolay Kropaçev ilə görüş keçirilmişdir.
Görüş zamanı Sankt-Peterburq Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti əsasında yaradılması nəzərdə tutulan birgə Azərbaycan-Rusiya Universiteti layihəsinin həyata keçirilməsi üzrə növbəti addımlar, o cümlədən birgə tədris planının və təhsil proqramlarının hazırlanması məsələləri, eləcə də ali təhsil və yüksək ixtisaslı kadrların hazırlanması sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunmuşdur.
Universitetə səfəri çərçivəsində səfir R. Mustafayev Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin tələbə və magistrantları qarşısında Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, Azərbaycanın daxili və xarici siyasəti mövzusunda mühazirə ilə çıxış etmiş, tələbə və müəllimlərin çoxsaylı suallarını cavablandırmışdır.