news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 yanvar 2026

27 yanvar tarixində Moskvada S.V. Lavrovun Rusiyada akkreditə olunmuş Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin səfirləri ilə ənənəvi görüşü keçirilmişdir.

27 yanvar tarixində Moskvada S.V. Lavrovun Rusiyada akkreditə olunmuş Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin səfirləri ilə ənənəvi görüşü keçirilmişdir.

 

Görüşdə, həmçinin MDB-nin Baş katibi S.N. Lebedev və digər Avrasiya strukturlarının icra orqanlarının rəhbərləri iştirak etmişlər.

 

Söhbət dostluq şəraitində keçmişdir. Görüş iştirakçıları aktual beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparmış, 2025-ci ildə Avrasiya inteqrasiya birlikləri çərçivəsində çoxtərəfli əməkdaşlığın yekunlarını nəzərdən keçirmişlər.

 

Yaxın perspektiv üçün vəzifələr müəyyən edilmiş, o cümlədən xarici siyasət üzrə koordinasiyanın möhkəmləndirilməsi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə və regional təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı əməkdaşlığın artırılması məsələləri qeyd olunmuşdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti