Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev 2 fevral taixində İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetini ziyarət etmiş və universitetin rektoru Viktor Martınov ilə görüş keçirmişdir.

Görüş zamanı ikitərəfli universitetlərarası əməkdaşlığın mümkün istiqamətləri, həmçinin yay və qış məktəbləri formatında birgə təhsil proqramlarının həyata keçirilməsi və digər akademik təşəbbüslər müzakirə edilmişdir.
Görüş çərçivəsində səfir R. Mustafayev universitetdə ekskursiya etmiş, dəniz qazma mərkəzini və dəniz quyularının idarə olunması laboratoriyasını ziyarət etmişdir.