Azərbaycanın Rusiyadakı Səfirliyində 20 Yanvar faciəsinə həsr olunmuş matəm tədbiri baş tutmuşdur
Azərbaycanın Rusiyadakı Səfirliyində 20 Yanvar faciəsinə həsr olunmuş matəm tədbiri baş tutmuşdur
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümü – Ümumxalq Hüzn Gününə həsr olunmuş matəm tədbiri təşkil olunmuşdur.
Tədbirə Moskva şəhərinin Azərbaycan icmasının nümayəndələri, Rusiya ziyalıları, KİV nümayəndələri, eləcə də Moskvanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr qatılmışlar.
Faciəvi 20 Yanvar hadisələrində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Tədbir 20 Yanvarın çoxsaylı qurbanlarının adları və həmin günün dəhşətli hadisələrini əks etdirən fotoşəkillərin nümayiş olunduğu stendin önünə əklil və gül dəstələrinin qoyulması ilə davam etmişdir.
Azərbaycan tarixində dərin iz buraxan 20 Yanvar faciəsinin 36-cı ildönümündə Vətən, Azərbaycan xalqının azadlığı və dövlətimizin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini qürur və dərin hörmətlə yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət etsin!