news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 fevral 2026

Azərbaycanın Rusiyadakı Səfirliyində səfir Rəhman Mustafayev ilə Moskva şəhərində təhsil alan azərbaycanlı tələbələrin görüşü baş tutmuşdur

Cari ilin 17 fevral tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasında səfiri Rəhman Mustafayev Moskva şəhərinin universitetlərində təhsil alan azərbaycanlı tələbələri ilə görüşmüsür.

 

Azərbaycanın Rusiyadakı Səfirliyində keçirilmiş görüşdə Moskvanın 26 aparıcı universitetinin azərbaycanlı tələbələri və tələbə təşkilatlarının rəhbərləri iştirak etmişlər.

 

Səfir çıxışında hazırkı mərhələdə Azərbaycanın daxili və xarici siyasətinin məzmunu və aktual istiqamətlərindən danışmış, minatəmizləmə işləri və işğaldan azad olunmuş ərazilərimizin bərpası, eləcə də məcburi köçkünlərin geri qayıdışı məsələlərinə diqqət yetirmişdir.

 

Diplomat Bakı ilə Yerevan arasında münasibətlərin normallaşması, Azərbaycanın ABŞ, Çin və Mərkəzi Asiya ölkələri ilə münasibətləri və "3+3" platformasının əhəmiyyətinə nəzər salmışdır.

 

R.Mustafayev Azərbaycan-Rusiya münasibətlərinin inkişafı ilə bağlı məsələlərə ətraflı toxunmuş, tələbələri iki ölkə arasında müttəfiqlik münasibətlərinin daha da irəlilədilməsinə yönəlmiş elmi, təhsil və mədəni layihələrdə fəal iştirak etməyə səsləmişdir.

Görüş əsnasında səfir azərbaycanlı tələbələrinin çoxsaylı suallarını cavablandırmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti