15 dekabr tarixində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin və Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun başçısı vəzifəsini icra edən Anar Yusifzadənin Rusiya Federasiyasının Kareliya Respublikasına işgüzar səfəri başlamışdır.

Səfər proqramının ilk günü çərçivəsində Kareliya Respublikasının Xalqlar Dostluğu Evində Azərbaycanın Rusiyadakı Səfirliyi və Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu tərəfindən Kareliya Regional İctimai Təşkilatı – “Azərbaycanlıların Milli Mədəniyyət Cəmiyyəti «Odlar Yurdu»” ilə birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi təşkil edilmişdir.
Tədbirdə Rusiya Federasiyasının Kareliya Respublikasının milli və regional siyasət naziri Sergey Kiselov, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, eləcə də “Azərbaycanlıların Milli Mədəniyyət Cəmiyyəti «Odlar Yurdu»”nun sədri Rasim Seydaliyev açılış nitqi ilə çıxış etmişlər.
Böyük lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir zamanı qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərgi ilə tanış olmuşlar. Həmçinin onun həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilmişdir.
Anım gecəsi Qafqaz Rəqsləri Məktəbinin “Buta Dance” kollektivinin ifasında təqdim olunan xoreoqrafik kompozisiya ilə yekunlaşmışdır.