Cari ilin 3 dekabr tarixində Azərbaycanın RF-dəki səfiri Rəhman Mustafayevin Həştərxan vilayətinə işgüzar səfəri baş tutmuşdur
3 dekabr tarixində, Rusiya Federasiyasının Həştərxan vilayətinə işgüzar səfəri çərçivəsində Azərbaycanın RF-dəki səfiri Rəhman Mustafayev Nərimanov şəhərinə səfər etmiş, Həştərxan vilayətinin Nərimanov bələdiyyə rayonunun rəhbəri Dmitriy Kuryanov ilə görüşmüş, görkəmli Azərbaycan dövlət xadimi Nəriman Nərimanovun abidəsi və Müslüm Maqomayevin büstü önünə gül dəstələri qoymuşdur.
Dostluq şəraitində keçən söhbət zamanı Azərbaycan-Rusiya əməkdaşlığının bələdiyyə səviyyəsində fəallaşdırılması məsələləri müzakirə olunmuşdur.
Səfir R. Mustafayev vilayət qubernatoruna və Nərimanov bələdiyyə rayonunun rəhbərliyinə iki görkəmli Azərbaycan şəxsiyyəti – Nəriman Nərimanov və Müslüm Maqomayevin xatirəsinə göstərilən ehtiramına görə minnətdarlığını bildirmişdir.
Nərimanov bələdiyyə rayonunda olduğu müddətdə səfir “Lotos” Xüsusi İqtisadi Zonasının müəssisələrinə, o cümlədən “Lotos” Gəmiqayırma Zavodu ASC-yə, məişət kimyası istehsal edən “Roza” MMC-yə, eləcə də geotekstil məmulatları istehsal edən “Geksa-Lotos” MMC-yə baş çəkmişdir.a