news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 mart 2026

Martın 3-də Azərbaycanın Rusiyada səfiri Rəhman Mustafayev M.V. Lomonosov adına Moskva Dövlət Universitetində mühazirə ilə çıxış etmişdir

Сari ilin 3 mart tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasında səfiri Rəhman Mustafayev M.V. Lomonosov adına Moskva Dövlət Universitetini ziyarət etmiş və tələbələr üçün Azərbaycanın xarici siyasətinin prioritetləri mövzusunda mühazirə ilə çıxış etmişdir.

Açılış nitqi ilə çıxış edən M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin prorektoru Yuri Mazey sözügedən ali təhsil müəssisəsinin Azərbaycan ilə sıx əməkdaşlığından bəhs etmişdir.

 

Səfir R. Mustafayev tələbələri ölkəmizin müasir xarici siyasətinin əsas istiqamətləri barədə məlumatlandırmış, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər üzrə Azərbaycanın mövqeyini nəzərə çatdırmışdır.

 

Azərbaycan diplomatik missiyasının rəhbəri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Qarabağ bölgəsinin dirçəlişi və Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi prosesindən danışmışdır.

 

O, Azərbaycan-Rusiya münasibətlərinin vəziyyətinə xüsusi diqqət yetirmiş, humanitar, ticarət-iqtisadi və nəqliyyat-logistika sahələrində dərinləşən əməkdaşlığı qeyd etmişdir.

 

Daha sonra tələbələrə Qarabağ bölgəsində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə həsr olunan film nümayiş etdirilmişdir.

Tədbir səfirin tələbələrlə canlı söhbəti ilə yekunlaşmış və o, tələbələrin çoxsaylı suallarını cavablandırmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti