Səfir Rəhman Mustafayev Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova ilə görüşüb
Cari ilin 4 mart tarixində səfir Rəhman Mustafayev Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova ilə görüşüb.
Söhbət zamanı tərəflər Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaşlıq məsələlərini, mədəniyyət, musiqi, muzey fəaliyyəti, eləcə də teatr təhsili sahəsində birgə təşəbbüs və layihələri müzakirə ediblər.
2025-ci ildə Rusiyada “Azərbaycan Mədəniyyəti Günləri”nin və 2026-cı ildə Azərbaycanda “Rus Mövsümləri” layihəsinin keçirilməsi ilə əlaqədar hazırlıq işlərinə xüsusi diqqət yetirilib.