Səfir Rəhman Mustafayevin “DOSTLUQ-ДРУЖБА” Mərkəzinin nümayəndələri ilə görüşü
Bu gün Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev “DOSTLUQ-ДРУЖБА” Mədəni-maarif Tədbirlərinin Dəstəyi və Təşkili Mərkəzinin rəhbəri Ulduz Əsgərova və müavini Rəna İsmayılovanı Səfirlikdə qəbul edib və onlara Moskva şəhəri və Moskva vilayətinin ictimai və mədəni həyatında fəal iştiraka, azərbaycanlı uşaqlar, məktəblilər və tələbələr üçün çoxsaylı mədəniyyət və təhsil layihələri hazırladıqları və həyata keçirdiklərinə görə təşəkkür ifadə edib.
Söhbət zamanı “Dostluq-Дружба” Mərkəzinin qarşıdan gələn aylar üçün mədəni tədbirlər planı müzakirə olunub.