Səfir Rəhman Mustafayevin Rusiya ali hərbi təhsil müəssisələrinində təhsilini fərqlənmə ilə bitirmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüşü
Bu gün Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya ali hərbi təhsil müəssisələrində təhsilini fərqlənmə ilə bitirmiş və qırmızı diplom almış Azərbaycan Ordusunun hərbi qulluqçularını Səfirlikdə qəbul edib.
Görüş əsnasında səfir Azərbaycan hərbçilərini təhsillərini uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara xatirə hədiyyələri təqdim edib, Vətənimizin rifahı naminə gələcək xidmətlərində müvəffəqiyyətlər arzulayıb.
Azərbaycan Ordusunun hərbi qulluqçuları Rusiyadakı tədris prosesi ilə bağlı müsbət təəssüratlarını bölüşüb və əldə etdikləri təcrübəni yüksək qiymətləndiriblər.
Qeyd olunmalıdır ki, fərqlənmə diplomu ilə məzun olan Azərbaycan hərbçilərindən iki nəfər həmçinin təhsildə xüsusi nailiyyətlərinə görə qızıl medala layiq görülüb.