İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

    Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixində Bakıda imzalanmış müvafiq Protokol əsasında qurulmuşdur.

  1992-ci ildə Moskvadakı Daimi Nümayəndəlik əsasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi təşkil olunmuşdur. 30 yanvar 2006-cı il tarixindən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğludur. Eyni zamanda,  1992-ci ildə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi açılıb. İyun ayı 2023 il tarixindən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Mixail Evdokimovdu.

Yüksək səviyyəli səfərlər

Prezidentlər səviyyəsində:

14 - 15 aprel 1994-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev MDB dövlət başçılarının zirvə toplantısında iştirak etmək üçün Moskvada səfərdə olmuşdur.

8 - 9 sentyabr 1994-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev MDB-yə üzv ölkələrin dövlət və hökumət başçılarının görüşlərində iştirak etmək üçün Moskvada işgüzar səfərdə olmuşdur.

21 - 22 oktyabr 1994-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün Moskvada səfərdə olmuşdur.

17 - 18 noyabr 1994-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev Moskvada işgüzar səfərdə olmuşdur.

9 - 10 may 1995-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev faşizm üzərində qələbənin 50 illik yubileyinə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Moskvada səfərdə olmuşdur.

17 - 19 yanvar 1996-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev MDB ölkələri Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Moskvada səfərdə olmuşdur.

16 - 20 may 1996-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Moskvada səfərdə olmuşdur.

7 - 11 avqust 1996-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev Rusiya Federasiyasının Prezidenti B. N. Yeltsinin təntənəli andiçmə mərasimində iştirak etmək üçün Moskvada rəsmi səfərdə olmuşdur.

24 - 25 oktyabr 1996-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev Qara Dəniz Hövzəsi iqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının VIII zirvə toplantısında iştirak etmək üçün Moskvada səfərdə olmuşdur.

28 - 29 mart 1997-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının sammitində iştirak etmək üçün Moskvada səfərdə olmuşdur.

2 - 4 iyul 1997-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev Rusiya Federasiyasında rəsmi səfərdə olmuşdur.

28 - 29 aprel 1998-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev MDB ölkələri dövlət başçılarının növbəti zirvə görüşündə iştirak etmək üçün Moskvada səfərdə olmuşdur.

2 - 3 aprel 1999-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev MDB ölkələri dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Moskvada səfərdə olmuşdur.

23 - 25 yanvar 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev MDB dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Moskvada səfərdə olmuşdur.

20 - 22 iyun 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev MDB Dövlətləri Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvada səfərdə olmuşdur.

9 - 10 yanvar 2001-ci il tarixində Rusiya Federasiyasının Prezidenti V.Putin Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

1 - 3 avqust 2001-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Soçiyə yola düşmüşdür.

29 noyabr - 1 dekabr 2001-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev MDB-yə daxil olan ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Moskvada səfərdə olmuşdur.

24 - 26 yanvar 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev Rusiya Federasiyasında dövlət səfərində olmuşdur.

8 - 9 iyun 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev Rusiya Federasiyasına işgüzar səfərdə olmuşdur.

23 - 24 sentyabr 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev Rusiya Federasiyasında işgüzar səfərdə olmuşdur.

15 dekabr 2003-cü il tarixində Ümummilli lider H.Əliyev ilə vidalaşma mərasimində iştirak etmək məqsədilə Rusiya Federasiyasının Prezidenti V.Putin Azərbaycan Respublikasına səfər etmişdir.

5 - 7 fevral 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına rəsmi səfər etmişdir.    

3 iyul 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına işgüzar səfər etmişdir.    

18 - 19 oktyabr 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına işgüzar səfər etmişdir.   

15 - 16 fevral 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına işgüzar səfər etmişdir.   

9 may 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına işgüzar səfər etmişdir.   

13 - 14 iyun 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər etmişdir.   

30 avqust 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Kazan şəhərinə işgüzar səfər etmişdir.   

21 - 22 fevral 2006-cı il tarixində Rusiya Federasiyasının Prezidenti V.Putin Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

21 - 22 iyul 2006-cı il tarixində MDB-nin qeyri-rəsmi Sammitində iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına işgüzar səfər etmişdir.   

8 - 11 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına işgüzar səfər etmişdir.   

27 - 28 mart 2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına işgüzar səfər etmişdir.   

28 - 29 aprel 2007-ci il tarixində M.Rastropoviçin dəfn mərasimində iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına səfər etmişdir.   

9 - 10 iyun 2007-ci il tarixində MDB-nin qeyri-rəsmi Sammitində iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər etmişdir.   

30 iyun 2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Rostov şəhərinə işgüzar səfər etmişdir.   

20 - 24 fevral 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına işgüzar səfər etmişdir.   

5 - 7 iyun 2008-ci il tarixində MDB-nin qeyri-rəsmi Sammitində iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər etmişdir. 

3 - 4 iyul 2008-ci il tarixində Rusiya Federasiyasının Prezidenti D.Medvedev Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. 

15 - 16 sentyabr 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına işgüzar səfər etmişdir.   

1 - 2 noyabr 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına işgüzar səfər etmişdir.   

16 - 17 aprel 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına işgüzar səfər etmişdir.   

3 - 4 iyun 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına işgüzar səfər etmişdir.   

29 iyun 2009-cu il tarixində Rusiya Federasiyasının Prezidenti D.Medvedev Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

17-18 iyul 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına işgüzar səfər etmişdir.   

25 yanvar 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfər etmişdir.

9 may 2010-cu il tarixində  Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına işgüzar səfər etmişdir.   

17 iyun 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər etmişdir. 

2 - 3 sentyabr 2010-cu il tarixində Rusiya Federasiyasının Prezidenti D.Medvedev Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

27 oktyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına işgüzar səfər etmişdir.   

18 noyabr 2010-cu il tarixində Rusiya Federasiyasının Prezidenti D.Medvedev Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

9 - 10 dekabr 2010-cu il tarixində MDB-nin iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfər etmişdir.   

5 mart 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfər etmişdir.   

24 iyun 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Kazan şəhərinə işgüzar səfər etmişdir.   

9 avqust 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfər etmişdir.  

20 dekabr 2011-ci il tarixində MDB-nin iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfər etmişdir.   

23 yanvar 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfər etmişdir.   

15 may 2012-ci il tarixində MDB-nin iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfər etmişdir.

13 avqust 2013-cü il tarixində Rusiya Federasiyasının Prezidenti V.Putin Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. 

6 - 7 fevral 2014-cü il tarixində XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə səfər etmişdir.  

8 - 10 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfər etmişdir.  

29 sentyabr 2014-cü il tarixində Xəzər Sammitində iştirak etmək üçün  Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Həştərxan şəhərinə səfər etmişdir.  

9 may 2015-ci il tarixində Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi ilə bağlı bayram tədbirində iştirak etmək üçün  Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Moskva şəhərinə səfər etmişdir.

12 iyun 2015-ci il tarixində I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək məqsədilə Rusiya Federasiyasının Prezidenti V.Putin Azərbaycan Respublikasına səfər etmişdir. 

20 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər etmişdir.

8 avqust 2016-cı il tarixində Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşündə iştirak etmək məqsədilə Rusiya Federasiyasının Prezidenti V.Putin Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

21 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfər etmişdir.

26 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev MDB dövlət başçıları şurasının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Moskva şəhərinə işgüzar səfər etmişdir.

14 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev FİFA-2018 futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak etmək üçün Moskva şəhərinə səfər etmişdir.

1 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə rəsmi səfər etmişdir.

27 sentyabr 2018-ci il tarixində Azərbaycan - Rusiya Regionlararası Forumun rəsmi açılış mərasimində iştirak etmək məqsədilə Rusiya Federasiyasının Prezidenti V.Putin Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

6 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev MDB dövlət başçıları şurasının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər etmişdir.

2-4 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Valday Beynəlxalq Diskussiya Klubunun işində iştirak etmək məqsədilə Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfər etmişdir.

20-24 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti M.Əliyeva Rusiya Federasiyasına rəsmi səfər etmişdir.

11 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfər etmişdir.

20 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfər etmişdir.

26 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfər etmişdir.

21-23 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev Rusiya Federasiyasına rəsmi səfər etmişdir.

Baş nazirlər səviyyəsində:

4 dekabr 2006-cı il tarixində Rusiya Federasiyasının Baş naziri M.Fradkov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

25 aprel 2007-ci il tarixində Azərbaycan Respublikasının Baş naziri A.Rasizadə Rusiya Federasiyasına səfər etmişdir.

7 iyun 2007-ci il tarixində Azərbaycan Respublikasının Baş naziri A.Rasizadə Rusiya Federasiyasına səfər etmişdir.

17 - 18 iyun 2008-ci il tarixində Azərbaycan Respublikasının Baş naziri A.Rasizadə Rusiya Federasiyasına səfər etmişdir.

8 aprel 2016-cı il tarixində Rusiya Federasiyasının Baş naziri D.Medvedev Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

24-25 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Baş naziri Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

19-21 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Baş naziri Ə.Əsədov Rusiya Federasiyasına rəsmi səfər etmişdir.

Xarici işlər nazirləri səviyyəsində:

17 - 19 avqust 2004-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfər etmişdir.

1 - 2 fevral 2005-ci il il tarixində Rusiya Federasiyasının xarici işlər naziri S.Lavrov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

21 aprel 2006-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

5 - 6 oktyabr 2006-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

21 – 22 may 2007-ci il tarixlərində Rusiya Federasiyasının xarici işlər naziri S.Lavrov Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

1 avqust 2008-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

7 sentyabr 2008-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

31 oktyabr – 2 noyabr 2008-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

11 - 12 mart 2009-cu il tarixlərində Rusiya Federasiyasının xarici işlər naziri S.Lavrov Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

26 mart 2010-cu il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

25 yanvar 2011-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

8 iyul 2011-ci il tarixlərində Rusiya Federasiyasının xarici işlər naziri S.Lavrov Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

17 - 18 iyul 2011-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfər etmişdir.

19 yanvar 2012-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

3 – 4 aprel 2012-ci il tarixlərində Rusiya Federasiyasının xarici işlər naziri S.Lavrov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

20 - 21 may 2013-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfər etmişdir.

4 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

22 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

17 - 18 iyun 2014-cü il tarixlərində Rusiya Federasiyasının xarici işlər naziri S.Lavrov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

24-26 may 2015-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfər etmişdir.

17 iyul 2015-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

1 sentyabr 2015-ci il tarixlərində Rusiya Federasiyasının xarici işlər naziri S.Lavrov Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

6 - 7 aprel 2016-cı il tarixlərində Rusiya Federasiyasının xarici işlər naziri S.Lavrov Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakı şəhərində keçirilən üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

7 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

11 - 12 iyul 2016-cı il tarixlərində Rusiya Federasiyasının xarici işlər naziri S.Lavrov Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

24 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

6 - 7 mart 2017-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfər etmişdir.

28 aprel 2017-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

15 - 16 noyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

19 - 20 noyabr 2017-ci il tarixlərində Rusiya Federasiyasının xarici işlər naziri S.Lavrov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

4 - 5 dekabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsində iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfər etmişdir.

14 dekabr 2018-ci il tarixlərində QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasının xarici işlər naziri S.Lavrov Azərbaycan Respublikasına səfər etmişdir.

5 aprel 2019-cu il tarixində MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına səfər etmişdir.

15 aprel 2019-cu il tarixində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Rusiya Federasiyasına səfər etmişdir.

2-3 dekabr 2019-cu il tarixində Rusiya Federasiyasının Xarici İşlər naziri S.Lavrov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

26 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri C.Bayramov Rusiya Federasiyasına rəsmi səfər etmişdir.

Parlamentlərarası əlaqələr

16 aprel 2001-ci il tarixində imzalanmış “Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq haqqında” Sazişə əsasən AR Milli Məclisinin və RF Federal Məclisinin əməkdaşlığı üzrə Parlamentlərarası Komissiya təsis edilmişdir. Onun iş qaydaları 21 oktyabr 2004-cü il tarixində təsdiq edilmiş Reqlament ilə müəyyən olunmuşdur. Komissiyanın 14-cü iclası 2 noyabr 2017-ci il tarixində Bakı şəhərində keçirilmişdir.

Azərbaycan tərəfindən komissiyanın həmsədri AR Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynlidir. Rusiya tərəfindən komissiyanın həmsədri RF Federasiya Şurası sədrinin müavini Qalina Karelovadır.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Nizami Səfərovdur. Rusiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Dmitriy Savelyevdir.

Parlament sədrləri səviyyəsində səfərlər:

23 - 24 may 2002-ci il tarixində Rusiya Federasiyası Federal Məclisin Federasiya Şurasının sədri S.Mironov Azərbaycan Respublikasına səfər etmişdir.

29 - 30 mart 2004-cü il tarixində Rusiya Federasiyası Dövlət Dumasının sədri B.Qrızlov Azərbaycan Respublikasına səfər etmişdir.

21 - 22 aprel 2005-ci il tarixində Rusiya Federasiyası Federal Məclisin Federasiya Şurasının S.Mironov Azərbaycan Respublikasına səfər etmişdir.

26 - 28 aprel 2006-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov Rusiya Federasiyasına səfər etmişdir.

27 - 28 mart 2007-ci il tarixində Rusiya Federasiyası Federal Məclisin Federasiya Şurasının sədri S.Mironov Azərbaycan Respublikasına səfər etmişdir.

30 - 31 may 2007-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov Rusiya Federasiyasına səfər etmişdir.

25 dekabr 2007-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov Rusiya Federasiyasına səfər etmişdir.

2 - 4 aprel 2008-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov Rusiya Federasiyasına səfər etmişdir.

13 may 2008-ci il tarixində Rusiya Federasiyası Dövlət Dumasının sədri B.Qrızlov Azərbaycan Respublikasına səfər etmişdir.

3 iyun 2010-cu il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov Rusiya Federasiyasına səfər etmişdir.

14 - 16 may 2011-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov MDB Parlament Assambleyasının növbəti iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər etmişdir.

9 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov MDB Parlament Assambleyasının növbəti iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər etmişdir.

8 - 9 aprel 2012-ci il tarixində tarixində Rusiya Federasiyası Federal Məclisin Federasiya Şurasının sədri V.Matviyenko Azərbaycan Respublikasına səfər etmişdir.

7 - 9 iyul 2012-ci il tarixində Rusiya Federasiyası Dövlət Dumasının sədri S.Narışkin Azərbaycan Respublikasına səfər etmişdir.

29 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov MDB Parlament Assambleyasının növbəti iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər etmişdir.

4 - 5 iyun 2014-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov Rusiya Federasiyasına rəsmi səfər etmişdir.

27 - 28 iyun 2014-cü il tarixində Rusiya Federasiyası Dövlət Dumasının sədri S.Narışkin Azərbaycan Respublikasına səfər etmişdir.

26 - 28 iyun 2015-ci il tarixində I Avropa Oyunlarının rəsmi bağlanış mərasimində iştirak etmək məqsədilə Rusiya Federasiyası Dövlət Dumasının sədri S.Narışkin Azərbaycan Respublikasına səfər etmişdir.

16 - 17 aprel 2015-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov MDB Parlament Assambleyasının növbəti iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər etmişdir.

19 - 20 aprel 2016-cı il tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov Avrasiya ölkələrinin parlament sədrlərinin birinci müşavirəsində iştirak etmək məqsədilə Rusiya Federasiyasına səfər etmişdir.

18 - 20 may 2016-cı il tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov MDB Parlament Assambleyasının növbəti iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər etmişdir.

24 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov MDB Parlament Assambleyasının növbəti iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər etmişdir.

27 - 28 mart 2017-ci il tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov MDB Parlament Assambleyasının növbəti iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər etmişdir.

14 - 16 oktyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov MDB Parlament Assambleyasının növbəti iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər etmişdir.

7 fevral 2018-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri O.Əsədov Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə Rusiya Federasiyasına səfər etmişdir.

24 iyun 2018-ci il tarixində Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Sədri V.Volodin Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

11 - 12 aprel 2019-cu il tarixində Rusiya Federasiyası Federal Məclisin Federasiya Şurasının sədri V.Matviyenko Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

21-23 sentyabr 2020-ci il tarixində Milli Məclisinin Sədri S.Qafarova Rusiya Federasiyasına rəsmi səfər etmişdir.

15-17 aprel 2021-ci il tarixində Milli Məclisin sədri S.Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 52-ci plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyanın Sankt-Peterburq şəhərinə səfər etmişdir.

12-14 oktyabr 2021-ci il tarixində Milli Məclisin sədri S.Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Üçüncü Avrasiya Qadın Forumunda iştirak etmək üçün Rusiya Federasiyanın Sankt-Peterburq şəhərinə səfər etmişdir.

24-26 noyabr 2021-ci il tarixində Milli Məclisin sədri S.Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyanın Sankt-Peterburq şəhərinə səfər etmişdir.

Müqavilə-hüquq bazası

İki ölkə arasında 200-dən çox sənəd imzalanmışdır.

Mühüm sənədlər:

  • Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə (3 iyul 1997-ci il tarixli);
  • Bakı Bəyannaməsi (9 yanvar 2001-ci il tarixli);
  • Moskva Bəyannaməsi (6 fevral 2004-cü il tarixli);
  • Dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə (3 iyul 2008-ci il tarixli);
  • İqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat (1 sentyabr 2018-ci il tarixli);
  • Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə (22 fevral 2022-ci il).

Azərbaycan və Rusiya arasında iqtisadi-ticarət münasibətləri 

2014-cü ildə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi 1955 milyon dollar, o cümlədən idxalın həcmi 1315 milyon dollar, ixracın həcmi 640 milyon dollar təşkil etmişdir (Rusiyanın Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 6,3%, o cümlədən idxalda 14,3%, ixracda isə 2,9% təşkil etmişdir). 2013-cü illə müqayisədə, 2014-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 24%, o cümlədən idxal 13%, ixrac isə 41% azalmışdır.

2013-cü ildə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi 2583 milyon dollar, o cümlədən idxalın həcmi 1505 milyon dollar, ixracın həcmi 1078 milyon dollar təşkil etmişdir.

2012-ci ildə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi 2338 milyon, o cümlədən idxalın həcmi 1378 milyon dollar, ixracın həcmi 960 milyon dollar təşkil etmişdir.

Azərbaycandan Rusiyaya ixrac: kənd təsərrüfatı məhsulları, təbii qaz, kerosin, kimya məhsulları, borular, spirtli içkilər.

Azərbaycana Rusiyadan idxal: siqaret; kənd təsərrüfatı və qida məhsulları; benzin; polad və dəmir məmulatlar; tikinti materialları; ağac məmulatları; kimya məhsulları; dərman; istehlak məhsulları; avtomobil mühərrikləri; borular; diri ev heyvanları. 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2009

1818

746

1072

2010

1919

774

1145

2011

2828

1187

1641

2012

2338

960

1378

2013

2583

1078

1505

2014

1955

640

1315 

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi   

Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq sahələri 

- İki ölkə arasında iqtisadi əməkdaşlıq münasibətləri “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiya”, “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2020-ci ilədək iqtisadi əməkdaşlıq haqqında Proqram”, “AR və RF arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə İşçi Qrup”, “AR Energetika Nazirliyi və RF Energetika Nazirliyi arasında İşçi Qrup” formatlarında davam etdirilir. İqtisadi sahədə Azərbaycan və Rusiya arasında 45-dən çox sənəd imzalanmışdır;

Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiya tərəfindən isə RF Hökumətinin sədr müavini Dmitriy Roqozindir. Komissiyanın son 14-cü iclası 15 sentyabr 2014-cü il tarixində Bakıda keçirilmişdir. İclas zamanı iki ölkə arasında iqtisadi-ticarət, gömrük, nəqliyyat, rabitə və yüksək texnologiyalar, fövqəladə hallar, regionlararası əməkdaşlıq, humanitar, müqavilə-hüquq bazası və digər məsələlər ətrafında müzakirələr aparılmış və yekunda iclasın protokolu imzalanmışdır.

- İkitərəfli iqtisadi sahədə əməkdaşlıq üzrə əsas mexanizm olan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiya” ilə yanaşı ölkəmizlə Rusiyanın 4 subyekti arasında iqtisadi və humanitar sahədə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyalar (Moskva şəhəri, Sankt-Peterburq şəhəri, Tatarıstan Respublikası, Dağıstan Respublikası) fəaliyyət göstərir.

- Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir (idxalda 1-ci, ixracda 10-cu yer tutur). 2014-cü ildə Rusiyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 6,3% təşkil etmişdir. İl ərzində Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi 1955 milyon dollar, o cümlədən idxalın həcmi 1315 milyon dollar, ixracın həcmi isə 640 milyon dollar təşkil etmişdir.

2013-cü illə müqayisədə, 2014-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 24%, o cümlədən ixrac 45%, idxal isə 13% azalmışdır. İxracın azalmasının əsas səbəbi Azərbaycanın Rusiyaya ixracında vacib yer tutan təbii qaz satışının 2014-cü ildə ciddi şəkildə azalması olmuşdur. Belə ki, 2013-cü ildə Rusiyaya 470 milyon dollar həcmində təbii qaz ixrac edilmişdirsə, 2014-cü ildə bu göstərici cəmi 45,8 milyon dollar təşkil etmişdir. İdxalın azalmasının əsas səbəbi isə Rusiya valyutasının 2014-cü ildə devalvasiyası ilə əlaqədar Rusiyadan alınan malların dollar qarşılığında dəyərinin aşağı düşməsi olmuşdur.

Azərbaycanda RF-nın Ticarət Nümayəndəliyi mövcuddur. Həmçinin, ölkəmizdə “Ural Ticarət Evi”QSC və “Tatarıstan Ticarət Evi” ASC fəaliyyət göstərir.

- İki ölkə arasında neft maşınqayırması, neft və kimya sənayesi, metallurgiya, dağ mədən sənayesi, aviasiya sənayesi, avtomobil sənayesi və kənd təsərrüfatı maşınqayırması, nəqliyyat və ağır maşınqayırma sənayesi, əczaçılıq sənayesi, İKT, turizm, o cümlədən tibb turizmi və s. sahələrdə əməkdaşlıq imkanları mövcuddur. Hazırda Azərbaycanda 600-ə yaxın Rusiya kapitallı, o cümlədən maliyyə sahəsində “VTB” və “Nikoil” bankları, digər sahələrdə “AzRosPromİnvest”, “Baltika-Bakı”, “Xəzər-Lada” kimi iri şirkət fəaliyyət göstərir. 2015-ci ilin aprel ayında RF Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun ölkəmizə işgüzar səfəri çərçivəsində “Gəncə avtomobil zavodu” istehsalat birliyində “KamAz” yük maşınının yığma xəttinin açılışı həyata keçirilmişdir.

Rusiyada fəaliyyət göstərən iri Azərbaycan şirkətləri arasında “Azərsun-Holdinq” və “Mətanət-A” şirkətlərini qeyd etmək olar.

- Azərbaycan ilə Rusiya arasında qarşılıqlı olaraq sərmayələrin yatırılmasının hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına ümumilikdə 1,8 milyard dollar, Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına isə 2004-2013-cü illərdə 1 milyard dollardan artıq birbaşa və portfel sərmayələr yatırılıb.

- İki ölkənin iqtisadi münasibətlərində energetika sahəsində əməkdaşlıq vacib rol oynayır. Azərbaycanda hasil edilən təbii qazın bir hissəsi (2014-cü ildə 45,8 milyon dollar dəyərində 190 milyon kub metr) “Qazprom” ASC tərəfindən Rusiyaya idxal edilir. Həmçinin, SOCAR və Rusiyanın “AK Transneft” ASC arasında Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri üzrə nəqlinə dair razılaşma mövcuddur. Eyni zamanda, iki ölkə arasında “Birgə energetika sisteminin paralel işinin təmin edilməsinə dair AR Hökuməti ilə RF Hökuməti arasında Saziş” mövcuddur və bu Sazişə əsasən qəza halları baş verdikdə bir tərəf digər tərəfə elektrik enerjisi ötürür.

“Şah-dəniz” layihəsində Rusiyanın “Lukoil Overseas” şirkətinin payı 10% təşkil edir. Həmçinin, Azərbaycanda “Lukoil-Azərbaycan” şirkətinə məxsus yanacaqdoldurma şəbəkəsi fəaliyyət göstərir.

- Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və Rusiya tərəfindən həmin ölkələrə qarşı kənd təsərrüfatı sahəsində tətbiq olunan cavab sanksiyaları nəticəsində Rusiya Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq göstərməkdədir. Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının təchizatının artırılması, bu sahədə birgə müəssisələrin təsis olunması tərəflər arasında aparılan müzakirələrin əsas mövzularındandır. Ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına sərbəst çıxarılması, eləcə də bu məhsulların həmin bazarlarda saxlanılması və reallaşması üçün Rusiya tərəfindən müvafiq imkanlar yaradılır. Azərbaycan-Rusiya ticarət dövriyyəsində kənd təsərrüfatı və qida məhsullarının payı vacib yer tutur. Moskva şəhərinin meri S.Sobyaninin 2014-cü ilin sentyabr ayında ölkəmizə səfəri zamanı kənd təsərrüfatı və emalı məhsullarının Azərbaycandan Rusiyaya ixracı ilə bağlı müzakirələr aparılmış, nəticədə 16 Azərbaycan şirkəti ilə Rusiyanın 3 iri ticarət şəbəkəsi və logistik mərkəzi arasında kənd təsərrüfatı və emalı məhsullarının ixracına dair 48 Anlaşma Memorandumu imzalanmışdır.

Həmçinin, aqrar elm sahəsində Azərbaycanın “Aqromexanika” elmi-tədqiqat institutu ilə “Rusiya mexanizasiya elmi-tədqiqat institutu”,eləcə də Azərbaycanın baytarlıq elmi-tədqiqat institutu ilə K.İ.Skryabin adına Moskva dövlət baytarlıq akademiyası arasında elmi-texniki əməkdaşlıq münasibətləri mövcuddur. İki ölkənin müvafiq qurumları arasında müxtəlif növ kənd təsərrüfatı bitkilərinin təcrübədən keçirilməsi və genetik materialın mübadiləsi üzrə əməkdaşlıq həyata keçirilir.

- İqtisadi sahədə iki ölkə arasında əməkdaşlıq üçün əhəmiyyət kəsb edən sahələrdən biri Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının subyektləri arasında əməkdaşlıq əlaqələridir.  

AR ilə RF subyektləri arasında mütəmadi olaraq qarşılıqlı təmaslar həyata keçirilir və bu günədək ikitərəfli əməkdaşlığa dair 30-dan artıq Saziş imzalanmışdır.

- Azərbaycanın qeyri-neft məhsullarının ixracı baxımından Rusiya bazarının cəlbediciliyi qeyd edilməlidir. AR ilə RF iş adamları arasında ikitərəfli işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi məsələsində qarşılıqlı biznes forumların keçirilməsi çox faydalıdır.

Son Azərbaycan-Rusiya Biznes Forumu 2015-ci ilin 13 aprel tarixində RF Tatarıstan Respublikasının prezidenti Rüstəm Minixanovun ölkəmizə səfəri çərçivəsində keçirilmişdir.

 

Rusiyanın əsas iqtisadi göstəriciləri(2014-cü il üzrə)

ÜDM (cari qiymətlərlə, mlrd.$)

2057

ÜDM-nin real artım tempi

0,6%

Əhali (milyon nəfər)

146

Adambaşına düşən ÜDM ($)

14300

ÜDM-nin sektorlara görə bölgüsü:

kənd təsərrüfatı

4%

sənaye

36,3%

xidmətlər

59,7%

İşsizlik

4,9%

Mərkəzi Bankın uçot faiz dərəcəsi

12,5%

İnflyasiya dərəcəsi

11%

Ümumi investisiya qoyuluşunun ÜDM-də çəkisi

21,8%

Büdcə

gəlirlər (mlrd.$)

417

xərclər (mlrd.$)

408

Əsas kənd təsərrüfatı məhsulları

Taxıl, şəkər çuğunduru, günəbaxan, meyvə-tərəvəz, mal əti, süd.

Əsas sənaye məhsulları

Neft, təbii qaz, metal, kömür, dağ-mədən istehsalı; kimya, müdafiə,aviakosmik, nəqliyyatsənayesi;maşınqayırma, gəmiqayırma məhsulları; nəqliyyat, rabitə, kənd təsərrüfatı, inşaat,energetika avadanlığı; səhiyyə və elmi alətlər, istehlak malları, tekstil, qida.

Ümumi ticarət dövriyyəsi

844

İxrac (mlrd.$)

520

İdxal (mlrd.$)

324

Əsas ixrac malları

Neft və neft məhsulları, təbii qaz, metallar; ağac və ağac məmulatları; kimya sənayesi, istehlak, hərbi sursat və texnika.

Əsas ixrac ölkələri

Niderland (13,7%), Çin (7,5%), Almaniya (7,5%), İtaliya (7,2%), Türkiyə (4,9%), Yaponiya (4%), Belarus (4%), Cənubi Koreya (3,7%).

Əsas idxal malları

Maşınqayırma, nəqliyyat vasitələri, əczaçılıq məhsulları, plastik, metal məmulatlar, kənd təsərrüfatı məhsulları, optik və tibbi alətlər, dəmir, polad.

Əsas idxal ölkələri

Çin (17,8%), Almaniya (11,5%), ABŞ (6,5%), İtaliya (4,4%), Belarus (4,1%), Yaponiya (3,8%),Ukrayna (3,8%), Fransa (3,8%).

Xarici dövlət borcu(mlrd.$)

(ÜDM nisbəti)

684

(33%)

Valyuta və qızıl ehtiyatları(mlrd.$)

(ÜDM nisbəti)

359

(17%)

 

Humanitar sahə

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar əlaqələr ikitərəfli əməkdaşlığın ən mühüm tərkib hissələrindən biridir. Hər iki ölkə başçısının humanitar əməkdaşlığın inkişafına verdiyi diqqət və dəstək, həmçinin uzun müddət ərzində mövcud olmuş ortaq humanitar məkan və əməkdaşlıq üçün zəngin potensialın olması bu sahədə yüksək səviyyəli əməkdaşlığı şərtləndirir və humanitar sahədə strateji tərəfdaşlığı daha da inkişaf etdirmək üçün möhkəm zəmin yaradır.

İki ölkə arasında “2000-2002-ci illər üzrə mədəniyyət, elm və təhsil sahələrində uzunmüddətli əməkdaşlıq proqramı”,  “2004-2006-cı illər üzrə humanitar sahədə əməkdaşlıq Proqramı” və “2007-2009-cu illər üzrə humanitar sahədə əməkdaşlıq proqramı” uğurla icra olunmuşdur. RF Prezidenti Vladimir Putinin Bakıya səfəri çərçivəsində 13 avqust 2013-cü il tarixində “2015-ci ilədək humanitar sahədə AR və RF arasında əməkdaşlıq Proqramı” imzalanmışdır.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında humanitar sahədə əməkdaşlığı tənzimləyən əsas saziş və müqavilələr aşağıdakılardır:

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında mədəni və elmi əməkdaşlıq haqqında Saziş. Bakı, 06.06.1995

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında Saziş. Moskva, 25.07.1995

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elmi-texniki əməkdaşlıq barədə Saziş. Bakı, 07.10.1995

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında təbabət və səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 07.10.1995

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında İnformasiya-mədəniyyət Mərkəzlərinin təsis edilməsi və fəaliyyətinin şərtləri haqqında Saziş. Moskva, 03.07.1997

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Moskva şəhərinin Səhiyyə Komitəsi arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 25.07.1997

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı kütləvi informasiya vasitələri müxbirlərinin və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı kütləvi informasiya vasitələri müxbirlərinin statusu haqqında Saziş. Bakı, 09.01.2001

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Rusiya Federasiyası Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol. Bakı, 01.02.2002

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş. Moskva, 23.09.2002

Azərbaycan Respublikasının Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə Rusiya Federasiyasının İnformasiya Teleqraf Agentliyi (İTAR-TASS) arasında informasiya sahəsində əməkdaşlıq haqqında Saziş. Moskva, 06.02.2004

Azərbaycan Milli Elmlər Akademiyası ilə Rusiya Elmlər Akademiyası arasında elmi-texniki əməkdaşlıq haqqında Saziş. 21.12.2005

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında 2014-2016-cı illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq Proqramı. Moskva, 19.06.2014

“2015-ci ilədək humanitar sahədə AR və RF arasında əməkdaşlıq Proqramı”. Bakı, 13.08.2013

Bundan əlavə, Azərbaycan Respublikası hökuməti ilə Moskva və Sankt-Peterburq şəhərləri, Moskva, Həştərxan, Kurqan, Sverdlovsk, Çelyabinsk, Volqoqrad və Saratov vilayətləri, Stavropol diyarı, Kabardin-Balkar, Tatarıstan, Qaraçay-Çərkəz, Dağıstan, İnquşetiya, Çeçenistan və Kalmıkiya respublikaları  arasında,  həmçinin Bakı Şəhər  İcra Hakimiyyəti ilə Ulyanovsk vilayətinin rəhbərliyi arasında humanitar əməkdaşlıq haqqında Sazişlər imzalanmışdır.

 

Mədəniyyət

Azərbaycan-Rusiya mədəni əməkdaşlığı çoxəsrlik tarixə və geniş məzmuna malikdir. Bu sahədə uzun illər ərzində qazanılmış təcrübə və zəngin irs bu gün də iki ölkə arasında mədəni əlaqələrin uğurla inkişaf etdirilməsi üçün münbit şərait yaradır. Yüksək səviyyədə mədəni əməkdaşlıq öz əksini son illər ərzində keçirilmiş qarşılıqlı çoxsaylı tədbirlərdə tapmışdır.

2005-ci il Rusiyada Azərbaycan ili kimi qeyd olunmuşdur. 16.02.2005-ci il tarixində Dövlət Kreml Sarayında Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri İlham Əliyev və Vladimir Putinin iştirakı ilə Rusiyada Azərbaycan ilinin təntənəli açılış mərasimi keçirilmişdir. 2006-cı il isə Azərbaycanda Rusiya ili kimi qeyd olunmuşdur. 21.02.2006-cı ildə Heydər Əliyev Sarayında Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri  İlham Əliyev və Vladimir Putinin iştirakı ilə Azərbaycanda Rusiya ilinin təntənəli açılış mərasimi keçirilmişdir.

16-18 aprel 2007-ci il tarixlərində Moskvada Azərbaycan mədəniyyəti günləri keçirilmişdir.

30.06.2009-cu il tarixində Moskvada İttifaqlar evinin Sütunlu zalında Azərbaycan mədəniyyət günlərinin açılışı mərasimi keçirilmişdir. Tədbirdə AR Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Mədəniyyət günləri 2 iyul tarixində Kazan şəhərində davam etdirilmişdir. 23-24 sentyabr 2009-cü il tarixlərində Azərbaycanda Rusiya Federasiyasının mədəniyyət günləri keçirilmişdir.

17.05.2011-ci il tarixində Moskvada Dövlət Kreml Sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.

19.10.2011-ci il tarixində M.İ.Rudomino adına Xarici Ədəbiyyat Dövlət Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılışı mərasimi keçirilmişdir.

2011-ci ildən etibarən hər il Azərbaycan və Rusiya Prezidentlərinin himayəsi altında “Bakı Beynəlxalq Humanitar Forumu” keçirilir.

23.11.2012-ci il tarixində M.İ.Rudomino adına Xarici Ədəbiyyat Dövlət Kitabxanasının atriumunda dahi Azərbaycan dramaturqu, filosofu və mütəfəkkiri Mirzə Fətəli Axundovun abidəsinin açılışı mərasimi keçirilmişdir.

06 may 2013-cü il tarixində Moskvada İttifaqlar Evinin “Sütunlu zal”ında Heydər Əliyevin 90 illiyi münasibətilə Səfirlik, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyi və Ümumrusiya Azərbaycan Konqresinin birgə təşkilatçılığı ilə yubiley mərasimi və “Heydər Əliyevin sevimli əsərləri” adlı konsert proqramı keçirilmişdir.

20 iyun 2014-cü il tarixində Moskvada dahi Azərbaycan və sovet bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin yaşadığı binaya xatirə lövhəsinin vurulması ilə əlaqədar təntənəli mərasim keçirilmişdir.

10 aprel 2015-ci il tarixində Moskvada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın iştirakı ilə Birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilmişdir.

Qeyd edilənlərlə yanaşı, son illər ərzində Rusiyada azərbaycanlı rəssamların (Mikayıl Abdullayev, Tahir Salahov, Rasim Babayev, Fərhad Xəlilov, Sakit Məmmədov, Əşrəf Heybətov, Toğrul Nərimanbəyov, Abbas Kazımov, Arif və Orxan Hüseynovlar,  Qeyyur Yunus, Natiq Məmmədov, Məryəm Ələkbərli, Rəşad Mehdiyev və s.) çoxsaylı sərgiləri keçirilmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, ənənəvi incəsənət nümunələri ilə yanaşı, ölkəmizin gənc və istedadlı rəssamlarının konseptual incəsənət növündə yaratdığı əsərləri Moskvanın ən nüfuzlu incəsənət məkanlarında keçirilən tematik sərgilərdə, festival və biennallarda  nümayiş etdirilir. Bundan əlavə, ötən illər ərzində Azərbaycanın müasir təsviri incəsənət nümunələrinin geniş şəkildə təqdim olunduğu “FLY TO BAKU” sərgisi, ölkəmizə həsr olunmuş müxtəlif foto-sərgilər (“Azərbaycan –tolerantlıq məkanı”, “Azərbaycan. Ənənələr və müasirlik”, “Bakıdan sevgilərlə” və s.) keçirilmişdir. Moskvada Azərbaycan musiqiçilərinin iştirakı ilə konsert proqramları (“Qaya” kvartetinin 50 illik yubileyi, ölkəmizin caz ifaçılarının iştirakı ilə “JAZZ.AZ” konserti və s.), teatrlarımızın (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Dövlət Pantomima Teatrı) Rusiyaya qastrol səfərləri baş tutmuş, Rusiya səhnələrində Azərbaycan müəlliflərinin (Polad Bülbüloğlunun “Məhəbbət və Ölüm” baleti, Qara Qarayevin yeni quruluşda səhnələşdirilmiş “Yeddi gözəl” baleti, Fikrət Əmirovun “Min bir gecə” baleti və s.) əsərləri nümayiş etdirilmiş, həmçinin mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın inkişafına xidmət edən digər çoxsaylı tədbirlər keçirilmişdir. 

Təhsil və elm

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil və elm sahəsində əməkdaşlıq təhsil və elmi-tədqiqat müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsi, tələbə, müəllim və elmi işçilərin mübadiləsi, birgə elmi tədqiqatların və layihələrin həyata keçirilməsi, təhsil sahəsində təcrübə mübadiləsi, tələbə qəbulu üçün illik kvotaların müəyyənləşdirilməsi və s. formalarda həyata keçirilir.

Təhsil sahəsində əməkdaşlığın ən vacib komponentlərindən birini tələbə mübadiləsi təşkil edir. İki ölkə arasında dövlət xətti ilə tələbə mübadiləsi aşağıda göstərilən istiqamətlər üzrə aparılır:

Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi tərəfindən Azərbaycan vətəndaşları üçün ayrılmış illik kvotalar üzrə;

Rusiya Federasiyasının digər hökumət qurumları tərəfindən (Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Federal Gömrük Xidməti, Daxili İşlər Nazirliyi) ayrılmış illik kvotalar üzrə;

 “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində;

Son illər ərzində təhsil və elm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün bir sıra qarşılıqlı səfərlər və tədbirlər həyata keçirilmişdir.

1-3 mart 2007-ci il tarixlərində RF Təhsil və Elm Naziri Andrey Fursenko Azərbaycan Respublikasında səfərdə olmuşdur.

Bakı Slavyan Universiteti və Moskva Dövlət Dilşünaslıq Universiteti (MDDU) arasında razılaşmaya uyğun olaraq, 2007-ci ildən MDDU-da Azərbaycan dili  tədris olunur. MDDU-da Azərbaycan dilinin tədrisi keyfiyyətinin yüksəldilməsi, Azərbaycan mədəniyyətinin universitet tələbələri arasında təbliği məqsədilə 15.04.2009-cu ildə MDDU-da Azərbaycan dili və mədəniyyəti mərkəzi təsis edilmişdir.

20-24 fevral 2008-ci ildə AR Prezidenti İlham Əliyevə Moskvaya işgüzar səfəri zamanı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru adı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15.01.2008-ci il tarixli Sərəncamına uyğun olaraq 2008-ci ildə Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyətə başlamışdır. 

25 fevral 2012-ci il tarixində Azərbaycan Tibb Universiteti ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Elmi Şurasının 02.03.2012-ci il tarixli qərarı ilə Mehriban Əliyevaya “İ.M.Seçenov adına Birinci MDTU-nun fəxri professoru” adı verilmiş və 13.04.2012-ci il tarixində Moskvada universitetdə keçirilmiş mərasimdə Mehriban Əliyevaya “İ.M.Seçenov adına Birinci MDTU-nun fəxri professoru” diplomu və xatirə nişanı təqdim olunmuşdur.

9-12 iyun 2013-cü il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  Prezidenti Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburq şəhərinə səfər etmişdir. AMEA nümayəndə heyəti Boris Yeltsin adına Prezident Kitabxanasının rəhbərliyi ilə görüşmüş və əməkdaşlıq məsələlərini müzakirə etmişdir.

22 dekabr 2014-cü il tarixində Rusiyanın MDB, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbərinin müavini Larisa Yefremova Bakıya səfər edərək AR Təhsil Naziri Mikayıl Cabbarov ilə görüş keçirmiş, görüşdə Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasının ali təhsil müəssislərinə Rusiya tərəfinin ayırdığı illik kvotalar çərçivəsində qəbulu ilə bağlı müzakirələr aparılmış və bu müzakirələrin nəticələrinə dair protokol imzalanmışdır. 

Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti 15-18 aprel 2015-ci il tarixində Moskva şəhərində səfərdə olmuş, səfər çərçivəsində RF Təhsil və Elm Nazirliyinin, Rusiyanın MDB, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin və digər qurumların nümayəndələri ilə görüşlər keçirilmiş, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın aktual məsələlərinə dair müzakirələr aparılmışdır.

17 aprel 2015-ci il tarixində Moskvada Azərbaycan Dövlət İqtisad Universiteti ilə Rusiyanın Ali İqtisadiyyat Məktəbi arasında “Elm, tədris və mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 may 2015-ci il tarixində Bakı şəhərində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında Sərəncam imzalamışdır.

Hazırda Azərbaycanla Rusiya arasında təhsil sahəsində əməkdaşlığın gündəliyində Rusiya tərəfinin ayırdığı kvotalar çərçivəsində tələbə qəbulu prosesinin tənzimlənməsi, rus dilinin Azərbaycanda tədrisinə Rusiya tərəfinin dəstəyi, Rusiyanın aidiyyəti qurumları tərəfindən bu ölkədə yaşayan azərbaycanlılar üçün doğma dillərini, tarix və mədəniyyətlərini öyrənmək üçün şəraitin yaradılması, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının hüquqi statusunun nizamlanması və digər məsələlər durur.  

Gənclər siyasəti 

Rusiya Azərbaycan gəncliyinin böyük miqyasda təmsil olunduğu ölkələrdən biridir. Bu baxımdan, Azərbaycan-Rusiya humanitar əməkdaşlığının vacib komponentlərindən birini gənclər siyasəti sahəsində əməkdaşlıq məsələləri tutur.  Bu ölkədə yaşayan və təhsil alan gənclərimizin vahid təşkilat ətrafında birləşdirilməsi, onların Rusiyanın ictimai həyatında daha yaxından iştiraklarının təmin edilməsi, ölkəmizin Rusiyada təbliği və müxtəlif sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığın inkişafında gənclərin potensialından istifadə olunması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 18 aprel 2009-cu il tarixində Moskvada Rusiyanın Azərbaycan Gənclər Birliyi (RAGB)  təsis olunmuşdur. Hazırda Rusiyanın 70-dən çox bölgəsində təşkilatın regional bölmələri, Moskvanın 30-dan çox universitetində Azərbaycan klubları fəaliyyət göstərir. Təşkilat həyata keçirdiyi çoxsaylı layihələrlə (illik forumlar, Heydər Əliyev kuboku uğrunda mini-futbol turniri, “Qanın milliyyəti olmur” könüllü qanvermə aksiyası, “Nə, harada, nə vaxt” intellektual yarış və s.) ölkəmizin Rusiyada geniş miqyasda təbliğinə xidmət edir. RAGB ənənəvi layihələrlə yanaşı, Rusiyadakı gənclərimiz üçün aktual olan məsələlərə dair müxtəlif tədbirlər keçirir.  Bunlara nümunə kimi, 30.04.2013-cü il tarixində AR Səhiyyə Naziri Oqtay Şirəliyevin iştirakı ilə Moskvada keçirilmiş RAGT-ın Birinci Tibb Forumunu, gənclər üçün qış məktəblərini, ölkəmiz üçün əlamətdar günlərdə universitetlərdə müxtəlif mərasimlərin təşkilini, I Avropa Oyunları münasibətilə Moskvada universiadanın və flaşmobun keçirilməsini və s. qeyd etmək olar. 

Azərbaycan və Rusiyanın gənclər təşkilatları arasında əlaqələrin qurulması və dərinləşməsi, gənclər siyasəti sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün  hər il rusiyalı gənclərin Azərbaycana tanışlıq səfərləri təşkil edilir, ölkəmizdə keçirilən tədbirlərə rusiyalı gənclərin cəlb edilməsi istiqamətində lazımi işlər aparılır.    2011-cu ildən etibarən “Yeni nəsil: sərhədsiz məsuliyyət” başlığı altında Azərbaycan və Rusiyanın gənclər təşkilatlarının və gənclər məsələlərinə məsul dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Azərbaycan-Rusiya gənclərinin birgə forumları keçirilir

Diaspor 

2010-cu ildə Rusiya Federasiyasında aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə ölkədə 603 070 Azərbaycan əsilli olan Rusiya vətəndaşı yaşayır və bu ölkə əhalisinin təxminən 0.42% - 0.44%-nı təşkil edir.

Azərbaycanlılar əsasən Rusiyanın Dağıstan və Tatarıstan  Respublikalarında,  Moskva və Sankt-Peterburq şəhərlərində, Moskva, Nijniy Novqorod, Həştərxan, Tümen, Novosibirsk, Samara, Volqoqrad, Rostov, Saratov vilayətlərində,  Stavropol, Krasnodar, Krasnoyarsk diyarlarında  məskunlaşıblar.

Vurğulanmalıdır ki, Azərbaycan diasporunun fəaliyyətində Heydər Əliyev Fondunun vitse-prezidenti  Leyla xanım Əliyevanın sədrlik etdiyi, Rusiya üzrə 60-dan çox bölməsi olan Rusiya Azərbaycan Gənclər Birliyi (RAGB) mühüm rol oynayır.

Arxiv üzrə axtarış