“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”

Diqqətinizə çatdırırıq ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda edilən dəyişikliklərə əsasən Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və yaxud Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (birbaşa və ya Səfirlik vasitəsilə) yazılı məlumat verməlidir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün ərizə anket” forması təsdiq edilmişdir və sözügedən ərizə-anket forması Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (www.migration.gov.az) yerləşdirilmişdir.

 

Arxiv üzrə axtarış