Övladlığa götürmənin qeydə alınması

Xarici ölkədə övladlığa uşaq götürən Azərbaycan Respublikası vətəndaşlar övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci bir ya ərzində övladlığa götürmənin qeydə alınması məqsədilə qətnamənin çıxarıldığı yer üzrə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (bundan sonra – konsulluqlar) müraciət etməlidirlər.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yalnız yetkinlik yaşına çatmayan və doğumu qeydə alınmış uşaqları övladlığa götürülməsinə yol verilir. 
Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. 
Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilməz.

 
Qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.

Əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə yalnız aşağıdakı hallarda uşaqların övladlığa götürülməsinə icazə verilir:


1. həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya;
2. həmin uşaqları vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə.

Məhkəmə qərarı əsasında övladlığa götürənin xahişi ilə övladlığa götürülənin doğulduğu yer, eləcə də onun doğum tarixi (uşaq 1 yaşına çatana qədər) 3 aydan çox olmayaraq və  dəyişdirilə bilər.

Övladlığa götürən şəxslər

Cinsindən asılı olmayaraq aşağıda göstərilən yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər:


1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
2.  məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
3. qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
4. əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
5. səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər.

Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. 
Uşaq öldükdə övladlığa götürməyə yol verilmir.

Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzrlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər. Ögey ata (ögey ana) uşağı övladlığa götürəndə yaş fərqinin olması tələb edilmir.

Övladlığa götürmənin qeydə alınması qaydaları

Övladlığa götürmənin qeydə alınması üçün şəxs konsulluğa məhkəmənin qətnaməsinə uyğun olaraq ərizə ilə müraciət etməlidir.


Konsulluqlar yalnız aşağıda göstərilən sənədlərdə verilən məlumatlar əsasında övladlığa götürmə haqqında akt qeydini tərtib edə bilərlər:


1) övladlığa götürmə haqqında məhkəmənin qətnaməsi;
2) övladlığa götürənlərin və övladlığa götürülənin şəxsiyyətini təsdiq edən sənədlər.

Konsulluq övladlığa götürmə haqqında akt qeydi tərtib edərkən övladlığa götürmə haqqında məhkəmənin qətnaməsi əsasında aşağıdakı məsələləri müəyyən edir:


1. övladlığa götürülənə soyad və ata adı verilməsi;
2. övladlığa götürülənin adının dəyişdirilməsi;
3. övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi;
4. götürənlərin valideyn kimi yazılması zəruriliyi;


Konsulluqlar tərəfindən aşağıdakı hallarda övladlığa götürülmüş uşağın doğum haqqında akt qeydinə dəyişikliklər edilməlidir və bu dəyişikliklər nəzərə alınmaqla doğum haqqında ilkin şəhadətnamə verilməlidir: 


1. övladlığa götürülmüş uşağa övladlığa götürənin adı ilə ata adı və soyadı verilərsə;
2. övladlığa götürülənin adı dəyişdirilərsə və ya övladlığa götürənlər övladlığa götürülənin valideynləri kimi yazılarsa;
3. övladlığa götürülənin doğulduğu yer dəyişdirilərsə.

Övladlığa götürənlərə övladlığa götürmə haqqında şəhadətnamə verilir və övladlığa götürmənin sirri qanunla mühafizə olunur.

Məhkəmə övladlığa götürməni etibarsız hesab etdikdə konsulluqlar övladlığa götürmə haqqında qeydi ləğv edir və qətnamənin qanuni qüvvəyə mindikdən sonra övladlığa götürülənin doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumat bərpa edilir.

Konsulluqlar övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar verə bilməzlər.

Övladlığa götürülmənin qeydə alınması və əlaqədar əməliyyatlar üçün 
Dövlət rüsumu.

Diqqət! “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən, övladlığa götürülmənin qeydə alınması və övladlığa götürülmə barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu tələb olunmur.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə əsasən, əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunmuşdur:

1) doğum haqqında akt qeydində dəyişikliklərin, 
    düzəlişlərin, əlavələrin edilməsi və 
    akt qeydlərinin bərpa olunması ilə əlaqədar 
    şəhadətnamələrin verilməsinə görə -             20 ABŞ dolları

2) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı 
    haqqında arxiv materiallarına əsasən 
    təkrar şəhadətnamələrin verilməsinə görə -    40 ABŞ dolları

Arxiv üzrə axtarış