Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq
Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq üçün tələb edilən sənədlərin siyahısı:
- Ərizə-anket; [Ms Word] [PDF format]
- Şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu);
3. 5 fotoşəkil (3x4);
- Rusiya Federasiyasının ərazisində daimi yaşayış barədə sənəd;
- Dövlət qarşısında icra edilməmiş öhdəliklərin və Azərbaycanda hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər (arayışlar);
- Dövlət rüsumunun ödənilməsi barədə sənəd (60 ABŞ dolları)
Yuxarıda qeyd olunan sənədlər 5 nüsxədə tərtib olunaraq təqdim edilməlidir.
Qeyd: Notarial qaydada təsdiq edilmiş ərizələrin Səfirliyə poçt vasitəsi ilə göndərilməsi Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq üçün əsas hesab olunmur.
İstinad: Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu, 30 sentyabr 1998-ci il, № 527-IQ;
Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında “Əsasnamə”. 30 avqust 1999-cu il, № 189.