Rusiya Federasiyası ərazisinə daxil olmaq niyyətində olan Azərbaycan Respublikası vətəndaşları üçün
Hal-hazırda Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Miqrasiya məsələləri üzrə Baş İdarəsinin rəsmi internet səhifəsində əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün RF DİN MMBİ-nin xətti ilə Rusiyaya girişə icazənin olmaması ilə bağlı əsasları yoxlamaq üçün “məlumat xidmətləri” bölməsində online-xidmət fəaliyyətə göstərir.
Rusiya Federasiyasının ərazisinə girişi qadağan olunan şəxslərin nəzərinə!
Anlaşılmazlıqların aradan qaldırılması məqsədilə Səfirlik, Rusiyaya gəlməzdən əvvəl Rusiya Federasiyası ərazisinə girişə qadağanın olub-olmaması barəsində əmin olmaq üçün bu xidmətdən yararlanmağı tövsiyə edir.