2016-04-04

Bəzi sosial şəbəkələrdə yayılmış məlumata dair Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin məlumatı

 Bəzi sosial şəbəkələrdə yayılmış məlumata əsasən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin “Twitter”dəki səhifəsi erməni hakerləri tərəfindən dağıdılmışdır.

Bununla bağlı rəsmi olaraq bildiririk ki, Səfirlik heç bir sosial şəbəkədə təmsil olunmur. Həmçinin qeyd edirik ki, Səfirliyin yalnız internet səhifəsi mövcuddur.  

Arxiv üzrə axtarış