2015-06-04

Nazir Elmar Məmmədyarov Rusiyaya rəsmi səfəri çərçivəsində Rusiyanın Baş nazirinin müavini Dmitri Roqozin ilə görüşüb

Görüş zamanı ikitərəfli münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olundu, xüsusilə kənd təsərrüfatı, su nəqliyyatı və humanitar sahələrdə əməkdaşlıq imkanları qeyd edildi.

Görüşdə həmçinin gündəmdə olan saziş layihələrinə dair fikir mübadiləsi aparıldı.

Dmitri Roqozin iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunları münasibəti ilə təbriklərini çatdırdı və bu mötəbər tədbirə Azərbaycanın layiqincə ev sahibliyi edəcəyinə əminliyini ifadə etdi. O, Rusiyanın Həndbol və Atıcılıq Federasiyalarının Qəyyumlar Şurasının sədri kimi Bakıya səfər etməyi və Avropa Oyunları ilə əlaqədar yaradılmış infrastrukturla tanış olmağı planlaşdırdığını qeyd etdi.

Arxiv üzrə axtarış