2016-05-27

Naldandyansayağı “ədəb”lilik haqqında

Cari ilin 26 may tarixində bir sıra Ermənistan KİV-də yayılmış məlumata əsasən, Ermənistanın Xarici İşlər Naziri Edvard Nalbandyan öz ölkəsinin parlamentinin deputatlarının suallarını cavablandırarkən Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun yalnız  fəaliyyəti haqqında fikir söyləməmiş, eyni zamanda bəzi qiymətləndirici mülahizələr səsləndirmişdir. Belə ki, nazirin bəyan etdiyinə görə, onun fikrincə, fəaliyyəti diplomatik nəzakət çərçivəsindən kənara çıxan  Bülbüloğlunu reklam etməyə dəyməz.

Bununla bağlı Edvard Aqvanoviçə xatırlatmaq istərdik ki, səfirlərin fəaliyyətini üçüncü şəxslər deyil, göndərən dövlətin başçısı və qəbul edən ölkə qiymətləndirir. Buna görə də, erməni nazir daha yaxşı olardı ki, öz fikrini tabeliyində olan və tövsiyə verə biləcəyi işçilərinə yönəltsin.   

Lakin, Azərbaycana qarşı işğal həyata keçirmiş ölkənin xarici siyasət qurumunun başçısının parlamentin binasında Polad Bülbüloğlunun fəaliyyətini bu cür şərh etməsi Azərbaycanın Rusiyadakı Səfirinin işinin keyfiyyətinin aşkar göstəricisidir.

Arxiv üzrə axtarış